Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Əliyev Rusiyada “hamının hamıya” təklifinin səbəbi-Şərh

 



MDB dövlət başçılarının Sankt-Peterburq zirvə toplantısında Azərbaycan və Rusiya prezidentlərinin görüşü çox mühüm əhəmiyyətə malikdir.

Yenixeber.org: Bu sözləri MDB dövlət başçılarının Sankt-Peterburq görüşü haqda danışan “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Ekspert sözügedən görüşdə Azərbaycan-Rusiya münasibətlərinin müzakirə olunduğunu və Dağlıq Qarabağ məsələsinin həlli yollarının araşdırıldığını deyib:

“Liderlər arasında görüşün olduqca səmimi keçməsi və Mariinski Teatrında “Şelkunçik” balet tamaşasında liderlərin münasibətini əks etdirən foto Azərbaycan-Rusiya əlaqələri və bunun siyasi proseslərdə səmərəli nəticə verəcəyindən xəbər verir. Görüşə daha sonra Paşinyanın da qatılması Qarabağla bağlı yeni danışıqların aparılmasına bir hazırlıq məqsədi daşıyırdı. Belə ki, bu hazırlıq mərhələsində ilk müzakirə mövzusu atəşkəsin saxlanılması, ikincisi isə girovların “hamının hamıya” prinsipi əsasında dəyişdirilməsi oldu. Əslində, Azərbaycan ikinci istiqamətdə humanist bir addım ataraq İrəvana daha öncə etdiyi təklifini yeniləmiş oldu”.

Politoloqun sözlərinə görə, Azərbaycan Prezidentinin Sankt-Peterburqda bu məsələni yenidən qaldırması çox ciddi diplomatik addım idi:

“Bu addım həm də birbaşa İrəvana mesaj idi. Yəni Qarabağla bağlı gələcək danışıqlar İrəvanın Bakının addımına hansı şəkildə cavab verəcəyindən asılıdır. Bu, çox önəmli məsələdir”.(axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam