Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
MÜTDA – BŞTİ qarşıdurması kimin dirijor çubuğu ilə idarə olunur? -
Həmkarlar İttifaqı Konfederasiyasını yeni rəhbərlik nazirliyə çevirdi?!.. –
SOCAR rəsmisinin gizli eşq macərası Rumıniya mediasında - Ramil Əsədulzadənin şok görüntüləri -
Niyazi Bayramov tikintisi başa çatmış Gəncə İdman Sarayına hələ də pul “yedizdirir” -
Günün xəbəri

Paşinyana müttəfiqlərindən siyasi şillə:Yerini göstərdilər

 

KTMT-nin son iclasında Putin, Nazarbayev və Lukaşenko Paşinyana siyasi şillə vurdular.

Yenixeber.org: Bu sözləri politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Kreml yeni erməni iqtidarına yerini göstərir:

“Moskva İrəvana demək istəyir ki, düzəlməsən, sənin nazınla oynayan deyilik. Moskvanın təbirincə, “düzəlmək” - Ermənistanın əvvəlki kimi Rusiyanın dedikləri ilə durub-oturmasıdır. Amma bir önəmli məqam da var ki, yeni erməni iqtidarı da əvvəlki kimi Moskvanın dediyi ilə durub-otursa, xalq arasında etimadını itirəcək”.

Politoloq qeyd edib ki, KTMT-nin son iclasını xarici siyasətdə yeni erməni iqtidarının ilk ən böyük uğursuzluğu da adlandırmaq olar:

“Boltonun səfəri də ermənilər üçün o qədər müsbət nəticələnməmişdi. Ardınca Moskva uğursuzluğu Paşinyanın seçkiqabağı mənfisinə yazılacaq. Ermənistanda rusiyayönümlü qüvvələr əhali arasında seçkiqabağı təbliğat aparacaqlar ki, Rusiyadan uzaqlaşsaq, bu, Ermənistana baha başa gələcək. Bolton və KTMT uğursuzluğundan sonra eyni vaxtda hər iki tərəfdən olmamaq üçün Paşinyan Moskvanın çətiri altına qayıda bilər”.

Politoloq bildirib ki, ABŞ çox uzaqdadır, Rusiya isə çox yaxındadır:

“Ermənistan siyasi, iqtisadi, hərbi baxımdan Rusiyadan asılıdır. Ermənistanı region və dünyada kasıb, kiçik və Rusiyadan tam asılı olan ölkə kimi tanıyırlar. Düzdür, dünya üzrə erməni lobbisi Ermənistanın nüfuzu üstündə işləyir, amma düşünmürəm ki, bu, ölkənin müsbət imici üçün yetərlidir. KTMT-dəki son olay bir daha göstərdi ki, müttəfiqləri Ermənistana və ələlxüsus da Paşinyana ikrah hissi ilə baxır. Qazaxıstanla Belarus isə ümumiyyətlə hər məqamda Azərbaycanın yanında olduqlarını göstərirlər”.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam