Redaktor seçimi
Sahib Məmmədovun "islahatları" AHİK-nı borca salıb -
Jurnalistika problemi və ya məsələ təkcə qəzetlər deyil -
Vüqar Gülməmmədovun qayınatasının qoçu şirkəti: Olympus Park-a gözün üstdə qaşın var deyən tapılacaqmı? -
“Antikorrupsiya məzunu”nun paradoksu: Yalçın Rəfiyevin ailə şirkətləri dövlət tenderlərini necə qazanır? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində daha bir MÜƏMMA:
Deputat Şahin İsmayılovu Ramiz Mehdiyevə nələr bağlayır?!: QHT şəbəkəsinin daha bir üzvü ifşa olundu -
Ramiz Mehdiyevin media və QHT sektoruna nüfuzu…-
Hökməlidə hökm sahibi Güləhməd Xəlilovdur(?)! –
Günün xəbəri

Fransadan aldığımız silahlarla, nəinki Qarabağı, hətta... - İrəvanı SİLKƏLƏYƏN DETALLAR

 

Fransadan aldığımız silahlarla, nəinki Qarabağı, hətta... - İrəvanı SİLKƏLƏYƏN DETALLAR

“Ermənistan Azərbaycana hər hansı təhlükə yaratmaq niyyətindədirsə və düşünürsə ki, Azərbaycan bu təhlükələr qarşısında özünü qorumayacaq, çox səhv edir”.

Yenixeber.org: Bu sözləri  açıqlamasında politoloq, sabiq siyasi müşavir Fikrət Sadıqov deyib.

Politoloq bildirib ki, Azərbaycanın xarici hərbi əməkdaşlıqlarını genişləndirməsi düşməni kəskin şəkildə qıcıqlandırır: “Xüsusilə 2014-cü ildən bəri havadan müdafiə sistemi almaqla bağlı Fransa ilə aparılan danışıqlar birmənalı şəkildə Ermənistanı qıcıqlandırır, hətta qorxudur. Ermənistan Azərbaycana hər hansı təhlükə yaratmaq niyyətindədirsə və düşünürsə ki, Azərbaycan bu təhlükələr qarşısında özünü qorumayacaq, çox səhv edir. Biz bütün imkanlardan istifadə edəcəyik. Nəinki, özümüzü müdafiə, hətta Dağlıq Qarabağ və ətrafındakı işğal olunmuş rayonlarımızı azad etmək üçün. Ermənistanı qıcıqlandıran ikinci məsələ isə odur ki, onlara diplomatik yaxınlığı olan Fransa artıq 4 ildən çoxdur ki, Azərbaycana silah satmaqla bağlı danışıqlar aparır. Əlbəttə ki, bu məsələ narahat etməlidir. Necə yəni, bizi dəstəkləyən bir ölkə Azərbaycanla hərbi-texniki əməkdaşlıq edir, müasir sistemlərlə təmin edir?

Ancaq bütün bunlara baxmayaraq, biz heç bir ölkənin silahından imtina etməmişik. Azərbaycan İsrail, Rusiya, Pakistan, Belarus, Fransadan silah alır və bu proses bundan sonra davam edəcək. Biz torpaqlarımızı azad etməliyik və bizi Ermənistanın narahatlığı, qıcıqlanması və buna qarşı mənfi reaksiyası qətiyyən maraqlamdırmır”.

Zümrüd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam