Redaktor seçimi
Əziz Əzizov dövlətin pulun belə “ƏZİZləyir” – 
Dördmərtəbəli evin beşinci mərtəbəsi –  Elşad Həsənov "romantikası"nın səbəbi nə? /  
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının "ŞOK" yaradan tenderləri…-
İlqar Abbasov Bələdiyyə sədri postunu satıb?! -
Erməni deputatdan Cavanşir Feyziyevə ibrət dərsi -
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Günün xəbəri

Türkmənistan ikinci Venesuelaya çevrilir –“Karnegi” fondu prezidentin şıltaqlığından və ölkədəki acınacaqlı durumdan bəhs edir

“Karnegi” fondunun saytında Rəfael Sətarov yazır ki, Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədov barədə təbliğat videosu absurdluğun yeni zirvəsinə çatıb. 

Yenixeber.org: “Şəxsiyyətə pərəstiş ictimaiyyətin diqqətini iqtisadi problemlərdən yayındırır, bu mənada hətta onun sələfini də ötüb keçir”, – müəllif yazır.

Bu Orta Asiya ölkəsinə marağı olmayanlar belə Berdıməhəmmədovun sosial mediada yayılmış son məzəli videolarını qaçırmayıblar, yəqin. Bu kliplərdə prezident nazirləri ilə birlikdə idman edir, maşın yarışdırır, mahnı oxuyur, şeir yazır.

Ən maraqlısı isə onun hərbi heyətlə görüşləridir. Bu zaman Berdıməhəmmədov Amerikanın əkşn filmlərinin qəhrəmanları kimi geyinir, atıcılıq qabiliyyətini göstərir, əshabələri isə dəftərcələrə nəsə qeyd edirlər.

Bu videolar 2013-cü ildən internetdə yayılmağa başlayıb və hələ də mütəmadi buraxılır. Onları həm hökumətin təbliğatçıları yayır, həm də hakimiyyət üçün trolluq edən “Türkmənistan Xronologiyası” müxalifət qəzeti.

Bu komediyanı Berdıməhəmmədovun videolarının ölkədəki dərin böhranın əlaməti olması reallığı pozur. Videolar vasitəsilə türkmən cəmiyyətində yığılan məyusluğu kompensasiya etməyə cəhd göstərilir.

Hakimiyyətin vəd etdiyi ‘ikinci Küveyt’ əvəzində Türkmənistan ikinci Venesuelaya çevrilməkdədir. 2016-17-ci illərin qışında ölkəni ağır ərzaq böhranı bürüyüb. Hətta siqaret, yağ, şəkər, yumurta belə qıtlaşıb. Hakimiyyət xarici valyuta alışına məhdudiyyət qoyub. Qlobal enerji qiymətlərinin qismən düzəlməsinə baxmayaraq, Türkmənistanın əvvəlki nisbi çiçəklənmə dövrünə qayıdacağına ümid yoxdur”, – məqalədə deyilir.

Müəllif yada salır ki, 2007-ci ildə, sələfi Saparmurat Niyazovun ölümündən sonra Berdıməhəmmədov Nyu Yorkdakı Kolumbiya Universitetində izləyiciləri əmin elədi ki, hələ gəncdir, islahatçı kimi davranacaq. “Amma bu müddəti islahata deyil, dəbdəbəyə və təbliğata sərf edib”, – yazan müəllif prezidentin sələfini xatırladan hər şeyi ləğv etdiyini, prezident sarayını, heykəlləri, şəxsiyyəti pərəstişi də yenilədiyini yazır.

Hətta itaət ritualları belə yenidir. İndi daha Niyazov idarəçiliyində olduğu kimi liderin üzüyünü öpmürlər, rəsmilər mükafat alarkən Berdıməhəmmədovun qarşısında diz çökürlər”, – məqalədə vurğulanır.

(Azadlıq radiosu)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam