Redaktor seçimi
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Günün xəbəri

Saakyana mane olacaq qanun:MM niyə qəbul etməyib?

 

Bütün hallarda işğal altında olan Azərbaycan torpaqlarının statusu haqqında qanunun qəbulu bu sahədə mübarizənin hüquqi müstəvidə aparılmasına öz töhfəsini verə bilər.

Yenixeber.org: Bu sözləri Milli Məclisdə işğal olunmuş ərazilər haqqında qanun layihəsinin qəbul olunmaması ilə bağlı məsələyə münasibət bildirən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, BAXCP tərəfindən belə bir qanun layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub:

“Layihənin müəlliflərindən biri də mən olduğum üçün bu məsələ ilə bağlı ətraflı məlumata sahibəm. Bu, kifayət qədər dəqiq işlənmiş və Azərbaycanın maraqlarını, işğal altında olan ərazilərimizin statusunu tamamilə özündə əks etdirən qanun layihəsidir. Yəni peşəkar şəkildə bu layihə hazırlanıb. Təəssüflər olsun ki, bu günə qədər bu sənədin qəbulu istiqmaətində hər hansı bir addım atılmayıb. Bunun səbəbi bilmirəm”.

Analitik vurğulayıb ki, prinsip etibarı ilə belə bir sənəd qəbul olunsa, bu, ilk növbədə Azərbaycanın maraqlarını ifadə edər:

“Digər tərəfdən son vaxtlar Qarabağ separatçılarının lideri Bako Saakyanın Fransaya, ABŞ-a səfərləri ilə bağlı məlumatlar yayıldı. Onun hansı ölkəyə hansı formada səfər etməsindən asılı olmayaraq, bu adam de-fakto işğal altında olan Azərbaycan ərazilərində formalaşdırılan qondarma rejimin təmsilçisidir. Yəni faktiki olaraq cinayətkardır. Cinayətlə bağlı olan istər beynəlxalq hüquq, istər dövlətlərarası münasibətlər, istərsə də ölkədaxili hüquqi məsələlərdə yeganə bir faktor var ki, fakta söykənən müvafiq qanunlar qəbul edilməlidir. Yəni Bako Saakayanın kimliyi və hansı rejimi təmsil etməsi faktı əsas götürülməlidir. Onun hansı pasportla hara səfər etməsi burada heç bir əhəmiyyət kəsb etməməlidir”.

Analitik qeyd edib ki, bu baxımdan sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun bu istiqamətdə fikirlərini paylaşmır:

“Bu, məsələyə hüquqi yanaşma deyil. Bako Saakyan Fransaya və ABŞ-a səfər edəndə Fransa və ABŞ XİN onun kimliyi barədə məlumatlı idi. Çünki Fransa səfirliyi ona vizanı başqa bir ölkənin pasportu ilə verib. Digər tərəfdən ABŞ-dan da ona viza verilməsində eyni fakt ortaya çıxır. Burada həm pasport haqqında qanun, həm də Fransanın və ABŞ-ın öz qanunvericiliyi pozulur”.

Qeyd edək ki, keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov Saakyanın xaricə səfərlərinə diqqət çəkib və bildirib ki, Krım, Donetsk, Abxaziya, Osetiya rəhbərlərinin dünyanın bütün öllkələrinə çıxışı qadağan olunub:

“Çünki Ukrayna və Gürcüstan işğal haqqında qanun qəbul edib və bu qanun çərçivəsində dövlətin maraqlarına qarşı fəaliyyət, təbliğat aparan şəxslərə qarşı cinayət işi qaldırırlar”.

Keçmiş nazir Azərbaycanın da belə bir qanun qəbul etməsinin vacibliyini qeyd edib.(axar.az)

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam