Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Türkiyədən ABŞ-a müharibə TƏHDİDİ: "Artıq səbrimiz qalmadı"

Türkiyədən ABŞ-a müharibə TƏHDİDİ: "Artıq səbrimiz qalmadı"

“Münbiç hadisələrində ABŞ daha əvvəl PKK-nın və ya YPG-nin bölgədəki varlığına icazə verilməyəcəyini demişdi. Məsələnin həlli yolu isə bir sonrakı aya, ilə təxirə salınmışdı. Lakin Türkiyənin artıq bu problemləri təxirə salmağa səbri və dözümü qalmayıb”.

Yenixeber.org: Bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın köməkçisi Fuad Oqtay mətbuata açıqlamasında deyib.

Prezidentin köməkçisi qeyd edib ki, Türkiyənin bu mövzudakı yanaşması hər zaman konkret olub: “İlk mərhələdə cənub sərhədimizdəki bu yeniliklərdən, sərhəd xəttində açılan koridordan nə qədər narahat olduğumuz və PKK-nın, istər YPG deyin, istər PYD deyin - həmin təşkilatın varlığına icazə verməyəcəyimizi başından bəri ifadə etdik. Sərhədimizdə Türkiyəni təhdid edən heç bir ünsürün yerləşməyəcəyi nöqtəyə gəldiyimiz ana qədər mübarizəmiz davam edəcək. Ölkəmiz özünə qarşı heç bir təhdidə, heç bir yerdə hər hansı bir hadisəyə icazə verməyəcək. Bu günədək bu qərarlılığı sərgiləmiş və lazımi tədbirlər görülmüşdür”.

Qeyd edək ki, Türkiyə cənub sərhədində torpaqlarının təhlükəsizliyinə təhdid hesab etdiyi PKK terror təşkilatına qarşı “Fərat qalxanı” və “Zeytun budağı” əməliyyatlarını uğurla həyata keçirərək bölgənin böyük qismini terrorçulardan təmizləyib. Münbiçin terrorçulardan təmizlənməsi məsələsində isə ABŞ Türkiyə ilə razılığa gələrək bölgəyə birlikdə daxil olmağı və birgə nəzarət etməyi təklif edib. Lakin ABŞ bölgənin təhlükəsizlik tədbirləri ilə bağlı görüləcək işləri təxirə salır.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam