Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Tehranda baş verənlər üçün intiqam alınacaq” -İran hökumətindən sərt açıqlamalar

 

1496859917-9064

İranın paytaxtı Tehran şəhərində baş vermiş terror aktından sonra İran hökumətindən çox sərt açıqlamalar verilib. 

Yenixeber.org:   İran İnqilab Keşikçiləri Korpusunun yaydığı məlumatda baş verən terror aktına görə şiddətli intiqam alacaqları bildirilib.

“Bu gün Tehranda baş verənlər üçün intiqam alınacaq. Hücumun arxasında Səudiyyə Ərəbistanı var”, – deyə məlumatda bildirilib.
Həmçinin açıqlamada ABŞ-ın da adı hallanıb.

“Bu terror aktı ABŞ prezidenti Donald Trampla Səudiyyə Ərəbistanı kralının görüşündən bir həftə sonra baş verdi. Bununla da, İŞİD-in təşkil etdiyi bu hücumda onların də əlinin olduğu sübut olundu”, – deyə bildirilib.

İran İnqilab keşikçiləri Ordusunun komandir müavini, briqada generalı Hüseyn Salami də hadisə ilə bağlı hiddətli çıxış edib.
“Şübhəsiz ki, bu gün baş verən terror aktına görə, terrorçulardan, onlarla bağlı olan qüvvələrdən, onları dəstəkləyənlərdən mütləq intiqam alınacaq”,– deyə Hüseyn Salami bildirib.
Qeyd edək ki, bu gün İran parlamentinə və Xomeyninin türbəsinə silahlı hücum nəticəsində 12 nəfər ölüb, 40-dan çox insan yaralanıb. İŞİD terror qruplaşması edilən hücuma görə məsuliyyəti öz boynuna götürüb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam