Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“SON AMERİKALI ƏSGƏR ÖLƏNƏDƏK İRANLA MÜBARİZƏ APARMAQ” –Səudiyyə Ərəbistanı və BƏƏ-nin barmaq izlərindən oxunan mesaj - TƏHLİL

Trita Parsi

“Middle East Eye”

 

İran daha bir terror hücumuna məruz qalıb. Əhvaz şəhərində ən azı 29 nəfər öldürülüb. Silahlı şəxslər Xatirə Günü münasibətilə keçirilən hərbi paradı izləyən izdihama atəş açıblar. Əvvəlki terror hücumlarından fərqli olaraq, bu dədə gərginlik yalnız regional rəqiblər olan Səudiyyə Ərəbistanı və İranı deyil, Birləşmiş Ştatları da əhatə edir. Əslində, terror aktı məhz gərginliyi körükləmək üçün nəzərdə tutulmuş ola bilər.

Yenixeber.org: Terrora görə məsuliyyəti boynuna götürmüş ərəb separatçı qrupunun – Səudiyyə Ərəbistanı ilə əlaqəsi olan “Əhvaz Milli Müqavimət Hərəkatı”nın hücumu vakuumda meydana gəlməyib. İranın regional rəqibləri, xüsusilə də Səudiyyə Ərəbistanı və BƏƏ, onilliklər ərzində ABŞ-ın İranı açıq şəkildə bombalanması üçün təzyiqlər göstərib.

Lakin qabaqlar yalnız qapalı şəxsi söhbətlərdə deyilənlər indi ictimaiyyətə getdikcə daha açıq elan edilir. Üstəlik, bu monarxiyalar artıq ABŞ-ı hərbi əməliyyatlara cəlb edərək, yaxalarını kənara çəkmir, İrana hücum etməyə hazır olduqlarını bildirirlər.

 

Səudiyyə Ərəbistanı və BƏƏ İranı təhdid edir

 

Cəmi bir il əvvəl Krallığın şahzadəsi Məhəmməd ibn Salman müsahibəsində Səudiyyə Ərəbistanının “İran daxilində” mübarizə aparacağını açıqlayıb.

“Biz döyüşün Səudiyyə Ərəbistanı daxilində getməsini gözləməyəcəyik. Əksinə, döyüşün İran içində baş verməsinə çalışacağıq”. Onun bu bəyanatı Riyadın İranla gərginliyi kəskinləşdirəcəyi və Tehran hökumətinə qarşı çıxan müxtəlif silahlı qruplara dəstəyi gücləndirəcəyinin dəlili olaraq şərh edilib.

Əbu-Dəbi hökumətinin müşaviri Əbdülxaliq Abdulla “Twitter”-də Əhvazdakı hücumu haqlı sayaraq, bunun terror aktı olmadığını və “İran daxilində döyüş” olduğunu iddia edib. Bu cür hücumlar, onun xəbərdarlığına görə, “növbəti mərhələdə artacaq”.

Əhvazdakı terror hücumu ilə İran və Səudiyyə-BƏƏ arasında düşmənçiliyin daha böyük ölçüdə artması halında, hədəf ehtimal ki, Tehranın təpkisindən qətiyyətlə istifadə etmək və sonra daha böyük müharibəyə yol açmaqdır. Riyad və Əbu-Dəbi bunu təkbaşına edə bilməyəcəyindən çarə –ABŞ-ı bu döyüşə girməyə məcbur etməkdir (Həqiqətən, ayda təxminən 6 milyard dollar sərf etmələrinə baxmayaraq, onlar Yəməndə husiləri məğlub edə bilməyiblər).

Əgər belədirsə, terror hücumunda məqsəd ABŞ-ı və İranı müharibəyə cəlb etməkdir. Sabiq müdafiə naziri Bob Geytsin 2010-cu ildə dediyi kimi, səudlar “son amerikalı əsgər ölənədək iranlılarla mübarizə aparmaq istəyirlər”.

 

Tramp administrasiyasındakı “şahinlər”

 

Ancaq Tramp administrasiyası belə bir sxemə tərəfdar deyil. Trampın davranışı və administrasiyası Səudiyyə Ərəbistanı, BƏƏ və İsrail arasında İranla bağlı əlaqələndirmə ilə, fərqli bir sxemin perspektivlərini yüksəldir: ABŞ müttəfiqlərini fəal hərəkətlərə, İranla müharibəyə doğru itələyir.

Əhvazdakı hücum ABŞ dövlət katibi Mayk Pompeonun İraqda ABŞ konsulluğuna bir daha hücum olduğu təqdirdə, Tehranın “məsuliyyət daşıyacağı” barədə İrana güclü təhdid yağdırmasından bir gün sonra baş verib.

İraqın Bəsra şəhərində yerləşən ABŞ konsulluğu ötən həftə İrana yaxın İraq şiə qüvvələri tərəfindən hücuma məruz qalıb. Tramp administrasiyası İranın bu hücuma cəlb olunduğuna dair hər hansı bir sübut təqdim etməyib, lakin bu cür aktlar baş verərsə, İrana hücum edəcəyini bəyan edib.

Bəsra şəhərindəki İran konsulluğu da eyni dövrdə bir neçə dəfə hücuma məruz qalıb. Tehran da (açıq-aydın sübutsuz) bunun təqsirini ABŞ-ın ayağına yazıb.

Bu davakar ifadələr və hərəkətlər milli təhlükəsizlik müşaviri Con Boltonun istəyinə uyğun gəlir. O, ABŞ-ın müharibəyə sürüklənməsi üçün, Tramp komandasına qatılmadan əvvəl, 2017-ci ilin avqustunda bu ssenarini yazıb.

Memorandumda ABŞ-ın nüvə sazişindən çıxması ilə, İsrail və Səudiyyə Ərəbistanının Tehrana qarşı daha təcavüzkar siyasətinin dəstəklənməsi ətraflı təsvir olunub.

Sənəddə Xuzistan ərəbləri – İranda milli azlıq qrupunun separatçılarına “yardım” xüsusi qeyd olunur. Bolton, həmçinin Tramp administrasiyasının 9/11 (2001) hücumlarında qeyri-mövcud roluna görə İrandan ödənc tələbi fikrini dəstəkləyərək, qarşıdurma siyasəti əsnasında yolüstü İrana dialoq təklif edir.

Tramp administrasiyasının İran siyasəti Bolton memorandumunun demək olar ki, təqlididir. Xuzestan separatçılarına yardım göstərmək istəyi xüsusilə dəhşətlidir.

Bu, terror hücumunda Səudiyyə Ərəbistanı və BƏƏ-nin barmaq izləri varsa, bu yalnız ABŞ-ı müharibəyə sürükləmək cəhdi deyil (Səudiyyə Ərəbistanı və BƏƏ üçün bu, strateji əhəmiyyət daşıyır). Onların İran dövləti ilə uzun müddətli rəqabət qabiliyyətliliyi olduqca şübhəlidir. ABŞ-ın Yaxın Şərqdəki hərbi varlığına iki qat artması halında isə İranla tarazlaşmaq üçün Amerikanın gücündən istifadə edə bilərlər.

Amma Yaxın Şərqdə, bütün Asiyada strateji maraqlarına köklənən Amerika üçün bu, heç bir məna daşımır.

 

Tərcümə: Strateq.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam