ABŞ-la Türkiyə arasında ortaya çıxan siyasi-diplomatik böhranın səbəbləri əslində amerikalı rahib Endryu Bransonun Türkiyədə həbs edilməsi olmayıb.
Yenixeber.org: “Xəbər7” saytı bildirir ki, böhranı yaradacaq qığılcımlar 2013-cü ildən ortaya çıxmağa başlayıb.
Təqvimdə 14 may 2013-cü il tarixinə baxsaq, Türkiyənin Beynəlxalq Valyuta Fonduna 23,5 milyard dollar miqdarında olan 10 illik borcunu ödədiyini görərik. Bu isə müstəqil Türkiyə üçün yeni bir başlanğıc idi.
İraq nefti
2013-cü ildə borcunu bağlayan Türkiyə bununla iqtisadi müstəqillik qazanılır. Borcun son qalıqlarını ödəməzdən 4 ay öncə Türkiyə ilə İraq arasında neft transferinə dair razılaşma əldə edilir. Bu, həm Ərbil, həm də Ankara üçün əhəmiyyətli mövzu idi. Ancaq ABŞ-ı narahat edən bir hadisə olaraq tarixə düşmüşdü. ABŞ-ın Xarici İşlər Nazirliyi sözçüsü Türkiyə ilə Şimali İraq arasındakı razılaşmanı dəstəkləmədiklərini bildirmişdi.
Çinlə raket ticarəti
2013-cü ilin ilk yarısında Türkiyə bir digər həmləni müdafiə sənayesi mövzusunda edib. Türkiyə uzun mənzilli hava və raketdən müdafiə sistemi almaq üçün ABŞ-ın yerinə Çinin CPMIEC firmasının istehsal etdiyi FD-2000 raket sistemini seçib. Çinlilərlə əldə edilən razılaşma ABŞ və NATO-nu, hətta Avropa İttifaqı ölkələrini narahat etmişdi.
Netanyahunun üzrxahlığı
22 mart tarixində ABŞ prezidenti Barak Obama ilə İsrailin Baş Naziri Benyamin Netanyahu görüşürdü. Görüş əsnasında baş nazir Ərdoğana zəng edərək "Mavi Mərmərə" qətliamından sonra Türkiyənin ən önəmli şərtini yerinə yetirdi və üzr istədi.
Aralıq dənizinin təbii qazı
İsrail həmin müddətdə Şərqi Aralıq dənizində tapdığı təbii qaz yataqlarını istismara verməyə başlamışdı. Ancaq Türkiyə olmadan çıxardığı qazı heç bir ölkəyə verə bilmirdi. Türkiyə 2013-cü ildə də ABŞ-İsrail ikilisinin təbii qaz siyasətinə qarşı çıxmış və İsrailin təklifini rədd etmişdi. Hazırda da həmin proses problem olaraq qalır. Çünki işin içinə ABŞ, Rusiya və Aİ qarışıb.
Ağ Ev səfəri
16 may 2013-cü ildə Ağ Evə səfər təşkil edildi. O dövrdə Türkiyənin baş naziri olan Rəcəb Tayyib Ərdoğan dövrün ABŞ prezidenti Barak Obama ilə görüşdü. Beynəlxalq Valyuta Fondu ilə borc dəftərinin bağlanmasından sadəcə iki gün sonra gerçəkləşən bu səfər Türkiyə-ABŞ münasibətlərində yeni bir dövrün başlanğıcı idi.
Dərhal “Gəzi Parkı” olayları
16 maydakı Ağ Ev səfərinə qədər Türkiyə Şimali İraqla neft ticarətinə başladı. Çindən raket aldı. İsrailin təbii qaz təklifinə “yox” dedi. Və borclarını tamamilə ödədi. İki həftədən sonra “Gəzi” bəhanəsilə Türkiyədə çevrilişə cəhd olundu.
Misir də eyni tale
Türkiyə artıq dəqiq bir hədəf idi. Yanında Misiri də hədəf taxtasına qoydular. 3 iyulda Misirdə çevriliş oldu. Eyni gün futbol deyiləndə ilk ağıla gələn ölkə olan Braziliyada futbol sevdalısı olan xalq “niyə Dünya Çempionatına ev sahibliyi edirik” formasında komedik bir bəhanə ilə küçələrə axışdı. Braziliyanın prezidenti Lua Luadan sonra, Venesuelanın prezidenti Uqo Çavez xərçəngə tutuldu...
17 dekabr 2013-cü ilin sonrası
Misirin, Braziliyanın püskürdə bilmədiyini Türkiyə püskürtdü. “Gəzi olayları” bitdi və 17 dekbar FETÖ-nün məhkəmə yolu ilə çevriliş cəhdi başladı. Daha sonra terror hücumları və 15 iyul 2016 çevrilişi...
15 iyuldan sonra
Bütün bu zərbələrdən bir-bir sıyrılan Türkiyə üzərindəki yükü atıb güclü şəkildə müstəqil siyasətini yeritməyə başladı. Bunun nəticəsində “Fərat Qalxanı” və “Zeytun budağı” hərəkatları göstərdi.
ABŞ Xarici İşlər Nazirliyi: Türkiyə çarxımıza çomaq soxdu
Bu ilin aprel ayında Afrin hərəkatından sonra ABŞ-ın dövlət katibi olmağa hazırlaşan Mayk Pompeo “Türkiyə Afrində çarxımıza çomaq soxdu” şəklində açıqlama verdi. Və əslində bugünkü böhranın tək cümləlik ümumiləşdirməsi də həmin ifadədir: “Türkiyə həmişə ABŞ-ın çarxına çomaq soxub”.
Bir silahı qaldı...
Və indi də əlində bir silahı qaldı: iqtisadiyyat. (publika)
Zümrüd