Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

"Azərbaycan bizdən fərqli olaraq heç kimdən asılı deyil"

 

 

Ermənistan Qafqaz unveristetinin rektor müavini, politoloq Sergey Minosyan  Azərbaycan və Ermənistanın Avrasiya İttifaqına qoşulmaq perspektivləri ilə bağlı xəbərlərə şərh verib.
"Xeberinfo.com": Məlumata görə, Minosyan Ermənistanı Avrasiya İttifaqının təsisçisi kim görmür. Politoloqun sözlərinə görə, Ermənistnın qurumun təsisçisi kimi çıxş etməyəcəyini 2013-cü il  3 sentyabrında açıqlama verən Serj Sarqisyan da bildirib.  
Politoloqun sözlərinə görə,  Ermənistan ilk növbədə öz maraqlarını düşünməlidir. O,  rəsmi İrəvanın Azərbaycan kimi iqtisadi cəhəddən  imkanlı  və regionda siyasi manevrlər edərək , öz maraqlarını təmin edən rəqibi olduğunu bildirib:
“Ermənistanın hazırda iqtisadi cəhəddən çox güclü Azərbaycanla rəqəbət aparır. Azərbaycanın Avrasiya İttifaqına yaxın zamanlarda qoşulmasını zənn etmirəm. Rəsmi Bakı hazırda öz maraqlarından çıxış edərək Qərb və Avrasiya ittifaqı arasında manevr etməkdədir. Azərbaycan uzun müddətdir ki, bu siyasəti aparır. Rəsmi Bakı-nın  NATO-ya üzv olmaq planları olmasa da, biz görürük ki, onlar Şimali Atlantik Alyansı ilə sıx münasibətlər qurublar. Azərbaycan öz nefti və pul resursları hesabına  güclü  dövlətə çevrilib, onlar hər hansısa qurum və dövlətdən aslı deyillər.” 
Politoloq Azərbaycanın Qərblə münasibətlərinin Rusiyaya nisbətən daha yaxşı olduğunu bildirdi:
"Azərbaycan baş verən bu hadisələrdə maksimum neytrallığını saxlamaq istəsə də, ölkənin qərblə münasibətləri daha yaxşı olduğu sezilməkdədir. Avropa  Birliy, NATO ilə münasibətlər bunu bir daha isbat edir. Rəsmi İrəvan Azərbaycan siyasətindəki bütün bu ştrixləri nəzər alaraq addımlar atmalıdır”.  

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam