Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Ərdoğanın üçmərhələli planı, hədəfləri və Azərbaycana səfəri -Türkiyədə TARİXİ ANLAR



Ərdoğanın üçmərhələli planı, hədəfləri və Azərbaycana səfəri - Türkiyədə TARİXİ ANLAR

Türkiyədə 24 iyun seçkilərində yenidən prezident seçilən Rəcəb Tayyib Ərdoğan bu gün andiçmə mərasimindən sonra yeni sistemə keçid üçün üçmərhələli plan başladacaq.

Yenixeber.org: Prezident Türkiyə Böyük Millət Məclisindəki inauqurasiya mərasimindən sonra Anıtqəbir abidəsinə ziyarət gedəcək.

Ərdoğan yolda olarkən Türkiyənin Rəsmi Qəzetindən “Prezidentin 1 nömrəli fərmanı” yayımlanacaq. Nazirliklərlə bağlı dəyişikliklər və prezident idarəetmə sistemi bu fərmanla elan ediləcək.

Prezident yeni sistemə keçid mərasiminin ardınca saat 22:00-da maraqla gözlənilən yeni sistemin 16 nəfərdən ibarət ilk nazirlərini açıqlayacaq. Eyni zamanda, Beştəpədə qurulan 9 qurumun başına keçəcək şəxslərin də adlarının açıqlanması gözlənilir.

Ərdoğanın prezident üsulu idarəsinə keçidindən sonra ilk xarici rəsmi səfəri Azərbaycana və Şimali Kipr Türk Cümhuriyyətinə olacaq. Çərşənbə və cümə axşamı isə NATO zirvəsi üçün Brüsselə gedəcək.

Prezident yeni dövrə çox zaman xüsusilə vurğuladığı 2002-ci ildəki iqtidara gəlişi prosesinə bənzər bir proses həyata keçirərək başlayacaq. 2002-ci ildə ilk 100 gün üçün “Təcili Hərəkət Planı” açıqlayan Ərdoğan bu həftədən etibarən üçmərhələli plana start verəcək. İlk mərhələdə “100 gün”, ardınca “İkinci 100 gün” və “6 aylıq” layihə, plan və atılacaq addımlar ictimaiyyətlə paylaşılacaq. Bütün bu proseslərdən sonra “2023 hədəfləri” çərçivəsində görüləcək işlərə diqqət yetiriləcək.(publika)

Zümrüd


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam