Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Xəzərlə bağlı növbəti iclas Tehranda keçiriləcək

 

Xəzərin hüquqi statusu ilə bağlı Xüsusi İşçi Qrupunun növbəti iclası Tehranda keçiriləcək. 

"Xeberinfo.com":  APA-nın məlumatına görə, bu barədə Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xüsusi İşçi Qrupunun Bakıda keçirilən 39-cu iclasının yekunu ilə bağlı qəbul olunmuş kommunikedə deyilir. Yaxın 1-2 ay ərzində keçirilməsi nəzərdə tutulan iclasın tarixi isə diplomatik yollarla dəqiqləşdiriləcək.
Kommunikedə qeyd olunur ki, iclasda daha öncə qəbul olunmuş razılaşmalara əsasən, Xəzərin hüquqi statusu ilə bağlı Konvensiya layihəsi üzrə iclasda tematik müzakirələr aparılıb.
“Tərəflər danışıqlar prosesinin intensivləşməsinin vacibliyini qeyd edib, hərtərəfli fikir mübadiləsi aparıblar və konvensiyanın bəzi maddələri ilə bağlı yeni təkliflər, kompromisli formullar təklif ediblər, – deyə kommunikedə deyilir.
Xatırladaq ki, martın 4-5-də Bakıda Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı Xüsusi İşçi Qrupunun 39-cu iclası keçirilib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam