Redaktor seçimi
"MedEra" Hospitalın həkimi Musa Kılıçın diplomu saxtadır?! -
İcra başçısı Adil Vəliyevin “vunderkind” oğlu: 
Vilayət Vəliyev Dövlət Universitetinə miras kimi baxır(?)! -
Eldar Əzizov Ramin Abdullayevin “qara kassasını” yenidən “diriltdi” -
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Günün xəbəri

“Qarabağı on milyona almaq mümkün olsa...“

 

bitmap-img6


“Qarabağı beş yox, on milyard təklifi ilə almaq mümkün olarsa, bu Azərbaycan üçün çox uğurlu bir addım olar”

 

   "Xeberinfo.com": Bunu Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev erməni və rus mətbuatında Qarabağın pul qarşılığında geri qaytarılması ilə bağlı dərc olunan xəbərləri şərh edərkən deyib.
 
Onun sözlərinə görə, əgər belə bir variant varsa, on milyarda başa gəlsə belə, çox uğurlu bir addım olar:
 
“Çünki müharibənin riski və mahiyyəti daim daha yüksək və daha bahalıdır. Beş min vətəndaşımızın həyatı daha dəyərlidir. Ancaq Rusiya və Ermənistan mətbuatında yazılanlar nəinki həqiqət, heç məlumat da deyil. Bu cür informasiyalar təsdiq olunmadığından bunu İrəvanın Qarabağla bağlı xülyası da hesab etmək olar”.
 
F.Mehdiyevin fikrincə,  bu yanaşmalar sadəcə olaraq bir ehtimal və spekulyasiyadır.
 
“Əlbəttə, Qarabağ ətrafında səslənən müxtəlif variantlardan belə bir ehtimalın baş tutması Azərbaycan hökumətinin diplomatik uğuru olardı. Çünki Ermənistana məhz onun dövlət büdcəsini təklif etmək Azərbaycanın nələrə qadir olduğunun sübutudur. Həqiqət olan Soçi görüşü idi. İndi məsələlər tamam başqa müstəvidə davam edir. Əgər Cenevrədə gizlin danışıqlar getsəydi, bundan nəinki erməni, dünya mətbuatı yazardı. Dağlıq Qarabağ məsələsi ətrafında danışıqlar artıq iyirmi ildir ki, aparılır. Buna görə də Ermənistanın özünə sərf edən belə fərziyyələri heç məlumat da sayıla bilməz.  İrəvan artıq yolun sonundadır. Bilmək olmaz, bəlkə də təsdiq olunmayan bu məlumat hansısa üstüörtülü bir mesajdır”.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam