Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“BMT qətnamələri İlham Əliyevin əlində aydın kozırdır”

 

Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin ötən bazar günü Soçidə keçirilən danışıqları ən azından ona görə yaxşıdır ki, yaxın aylarda müharibə olmayacaq

 

   "Xeberinfo.com": Bu barədə nüfuzlu sovet jurnalisti, “Oqonyok” jurnalının keçmiş baş redaktoru, hazırda “Kommersant”ın strategiyalar üzrə direktoru olan Viktor Loşak yazır.
Müəllif bildirir ki, mətbuat Soçi görüşündən məyus olub, çünki Qarabağ münaqişəsinin nizamlanmasında irəliləyiş olmayıb.
“Dörddə bir əsrdir davam edən münaqişənin nizamlanmasında dönüş olacağına dair jurnalist gözləntilərinin haradan qaynaqlandığını demək çətindir. Bizim Dağlıq Qarabağ münaqişəsi adlandırdığımız deportasiyadır, dinc əhalinin qətlə yetirilməsidir, bədbəxt qaçqınlardır, döyüş əməliyyatlarıdır və 5 minə yaxın itkin düşmüş şəxsdir. Bütün bunlar SSRİ-nin son illərində, demokratikləşmə şəraitində yaddaşların bütün köhnəlmiş inciklikləri üzə vurduğu bir vaxtda baş verdi” - deyə V.Loşak yazır.
Müəllifin qənaətinə görə, indi tamamilə aydındır ki, bu cür milli qarşıdurmada nə siyasətçi, nə də jurnalist hakim rolunu oynaya bilməz, heç kim insanları haqlı və haqsıza bölüb onlara resept yaza bilməz.
“Təəssüf ki, 1987-ci ildən başlayaraq Moskvadan həm jurnalistlər, həm də siyasətçilər Dağlıq Qarabağda baş verənlərlə bağlı olduqca yersiz şəkildə hakim rolunu oynamağa çalışıblar. Əgər biz Soçi görüşünün artıq qızışmaqda olan, son həftələrdə hər iki tərəfdən əsgər və zabitlərin həlak olması ilə müşayiət olunan müharibəni tormozladığını görmürüksə, deməli, biz bu gün də ənənəvi səthi dəyərləndirmələrimizi davam etdiririk” - V.Loşak yazır.
“Oqonyok”un keçmiş baş redaktoru qeyd edir ki, hələ 1988-ci ildə deputat Qalina Starovoytova Dağlıq Qarabağ məsələsində hüquqi dalanı formalaşdırdı: onun müdafiə etdiyi və Ermənistanın istifadə etdiyi öz müqəddəratını təyinetmə hüququ BMT-nin dövlətlərin ərazi bütövlüyü prinsipinə açıq-aşkar zidd idi: “Bax, elə buna görə də BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının işğal etdiyi ərazilərin Azərbaycana qaytarılmasını tələb edən qətnamələri İlham Əliyevin əlində aydın kozırdır”.
V.Loşakın yazdığına görə, münaqişə o qədər uzandı ki, tərəfləri barışdırmaq istəyən Rusiyanın özü dünyaya perpendikulyar şəkildə zidd mövqeyini translyasiya etdi. Bir tərəfdən, Rusiya Çeçenistanın ayrılmasına qarşı müharibə apararaq məntiqlə Azərbaycanın tərəfini tutmalı idi. İndi isə o, Krımı özünə birləşdirərək Ermənistana simpatiya bəsləməli olacaq. Ona görə də Rusiyanın özünün barışdırıcı kimi mövqeyi möhkəm deyil.
“Bəlkə elə ona görə də prezident Putin Soçidə öz həmkarlarını döyüş sambosu turnirinə apardı və onlara bu sadə fikri izah etməyə çalışdı: faktiki olaraq qaydasız döyüşdə ən güclü olan qalib gəlir...” - deyə V.Loşak vurğulayıb.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam