Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Sergey Markov:Azərbaycan Lapşin ilə bağlı vəziyyətdə parlaq, ideal siyasi işini göstərib

 

 

Rusiyalı politoloq Sergey Markov Azərbaycan prezidenti İlham Əliyevin bloqer Aleksandr Lapşinin əfv edilməsi barədə sərəncamını şərh edib.

Yenixeber.org: S.Markovun sözlərinə görə, Azərbaycan Lapşin ilə bağlı vəziyyətdə ideal siyasi işini nümayiş edib:

"Burada vacib olan odur ki, Lapşin yaxşı adam olduğuna və Azərbaycanın ərazi bütövlüyünü etiraf etdiyinə görə yox, Azərbaycanın öz tərəfdaşlarına, dost ölkələrinə güzəştə getdiyinə görə bu addımı atıb. Azərbaycan Lapşin ilə bağlı vəziyyətdə parlaq, ideal siyasi işini göstərib".

S.Markov əlavə edib ki, Azərbaycan separatçı Dağlıq Qarabağ rejimi ilə əməkdaşlıq edənlərə dərs vermək qərarına gəlib. Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı probleminə rişxənd edənlər anlamalıdır ki, bu onlara çox baha başa gələcək:

"Azərbaycan iqtidarı dəqiq, gözəl iş gördü və bütün məqsədlərə eyni vaxtda nail oldu. Əvvəlcə Azərbaycan həmin ərazilərə səfər etməyi planlaşdıranlara qarşı sərtlik, daha sonra Lapşinin vətəndaşı olduğu ölkələrə qarşı hörmətini, son nəticədə isə humanizm göstərdi". (Report)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam