Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

“Aprel müharibəsinin bütün təfərrüatları bu günədək üzə çıxmayıb” –Ceyms Uorlik

ceyms-uorlik

“Beynəlxalq vasitəçilər atəşkəs rejiminə riayət olunması üçün Dağlıq Qarabağ münaqişəsi tərəflərinə kömək etməlidir”.

Xeberinfo.com:   APA-nın “news.am” saytına istinadən verdiyi məlumata görə, bunu ATƏT-in Minsk qrupunun keçmiş həmsədri Ceyms Uorlik deyib.

O bildirib ki, ilk növbədə insan həyatını qorumaq, habelə danışıqlar prosesində irəliləyişə nail olmaq üçün vəziyyəti normallaşdırmaq və atəşkəs rejiminə əməl etmək vacibdir: “Nə qədər ki, münaqişə aktiv vəziyyətdədir və hərbi əməliyyatlar davam edir, nizamlama prosesində irəliləyişə nail olmaq çətindir. Ümid edirəm ki, prezidentlər görüşməyə razılıq verəcək və danışıqlar prosesində irəliləyiş müşahidə olunacaq. Mən ötən il dekabrın sonunda həmsədrlik postundan gedərkən danışıqlar masasında tərəflər arasında müzakirə imkanı yaradacaq maraqlı təkliflər var idi”.

C. Uorlik bildirib ki, bu günədək aprel müharibəsinin bütün təfərrüatları üzə çıxmayıb: “Ötən ilin aprelində biz çoxsaylı itkilərin şahidi olduq. Mən hələ bu gün də əmin deyiləm ki, biz dəqiq qurbanların sayını bilirik. Artıq sülhün vaxtı gəlib çatıb. Sülh regionda hər şeyi dəyişəcək. Ermənistan üçün isə sülh bütün cəmiyyətin əsasını dəyişəcək”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam