Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Rusiya XİN-dən Qarabağdakı aprel döyüşləri haqda -BƏYANAT

Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanatla çıxış edib.

Yenixeber.org:  Bu barədə Rusiya XİN-in sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

"Bu gün Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttində irimiqyaslı hərbi əməliyyatların dayandırılması ilə bağlı Moskvada razılıq əldə olunmasından bir il ötür. Bu, 1994-cü ildə atəşkəs imzalanmasından sonra ən ciddi pozuntu halı oldu", - M.Zaxarova bildirib.

O, ATƏT-in Minsk qrupunun həmsədrləri və beynəlxalq təşkilatların münaqişə zonasında vəziyyətin sabitləşdirmək və sülh prosesinin təşviqinə şərait yaratmaq məqsədilə, xüsusilə Vyana və Sankt-Peterburqda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən sammitlər çərçivəsində fəal səylər göstərdiyini xatırladıb.

"Bu istiqamətdə işlər bütün səviyyələrdə davam etdirilir. Tərəflərin dayanıqlı və uzunmüddətli həllə nail olmağa istiqamətlənmiş danışıqlar masasına qayıdacağına ümidvarıq" - XİN-in rəsmi nümayəndəsi vurğulayıb.

Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərildiyini bildirib.

Onun sözlərinə görə, həmsədrlər və digər vasitəçilər tərəflərin danışıqlar prosesinə qayıtması üçün əllərindən gələni ediblər: "2016-cı ilin Vyana və Sankt-Peterburq sammitləri bu münaqişənin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, dayanıqlı nizamlanmaya istiqamətlənən dialoqu bərpa edəcəklər".

M. Zaxarova bu istiqamətdə işin davam etdirildiyini də bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam