Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“Azərbaycanda FETÖ-nün beli qırıldı” -Səfir

Azərbaycan FETÖ (Fətullahçı Terror Təşkilatı) ilə mübarizəyə 15 iyul hərbi çevriliş cəhdindən əvvəl başlamışdı. 15 iyuldan sonra isə bu təşkilatın belini qırdı.

Xeberinfo.com:   Bu sözləri Türkiyənin Bakıdakı yeni səfiri Erkan Özoral “Anadolu” agentliyinə müsahibəsində deyib. Səfir bildirib ki, Azərbaycan FETÖ-ya qarşı mübarizədə həmişə Türkiyənin yanında olub.

“15 iyul hərbi çevriliş cəhdindən sonra Azərbaycanda daha qəti addımlar atıldı. Azərbaycanda ağır zərbə alan FETÖ-nün beli qırıldı. Lakin bunu da yaddan çıxarmaq lazım deyil ki, bu, uzun müddətli mübarizədir. Qardaşlarımız bunlarla müntəzəm olaraq qəti şəkildə mübarizə aparmaq durumundadır. Bu təşkilat yayıldığı hər bir ölkədə təkrar canlanıb ortaya çıxmaq üçün fürsət gözləyən şeytani strukturdur. Yəni mübarizənin axıra qədər aparılması lazımdır. Biz Azərbaycandan bu məsələdə dəstək gördük və dəstəyin davam edəcəyinə heç bir şübhəmiz yoxdur”-səfir bildirib.

Xatırladaq ki, bu günlərdə əvvəllər Fətullah Gülənə bağlı olan, lakin ötən il SOCAR-ın idarəçiliyinə verilən “Qafqaz” universiteti fəaliyyətini dayandırıb. Habelə fətullahçılara bağlı bir neçə türk şirkətinin ölkədən getdiyi bildirilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam