“Aramızda hörülən divarlar bu həqiqəti heç vaxtdəyişdirə bilməmişdir” -Səfir
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın adından Türkiyə ilə Azərbaycan arasında diplomatik əlaqələrin yenidən qurulması və Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin yenidən açılmasının 25-ci ildönümü ilə bağlı açıqlama verilib.
Xeberinfo.com: Türkiyə səfirliyindən Gununsesi.info-ya daxil olan açıqlamada deyilir:
“Türkiyə və Azərbaycanın 71 illik həsrəti 25 il əvvəl rəsmi olaraq sona çatmışdır. Mərhum şair Bəxtiyar Vahabzadənin vurğuladığı kimi “bir ananın iki oğlu, bir ağacın iki qolu” olan Türkiyə və Azərbaycan arasında “Diplomatik əlaqələrin yenidən qurulmasına dair Protokol” 14 yanvar 1992-ci il tarixdə imzalanmış və eyni gündə Türkiyə Respublikasının Bakıdakı başkonsulluğu Səfirliyə çevrilərək, Azərbaycanda açılan ilk səfirlik olmuşdur.
Türkiyədəki qardaşları üçün Azərbaycan hər zaman xüsusi mövqedə olmuş, aramızda hörülən divarlar bu həqiqəti heç vaxtdəyişdirə bilməmişdir. Soyuq müharibə dövründə Türk xalqı həsrətini Azərbaycan mahnılarını dinləyərək yox etməyə çalışmışdır. 1990-ci ildə Bakıda baş verən “20 Yanvar Qırğını” və daha sonra Dağlıq Qarabağ və ətrafındakı yeddi rayonun işğal edildiyi zaman azərbaycanlı qardaşlarımızın məruz qaldığı qırğınlar, Türkiyədə hər bir vətəndaşımızın hiddətinə səbəb olmuşdur.
Azərbaycanbu gün gəldiyi nöqtədə, dövlət həyatında qısa bir müddətdə özünü yenidən bərpa etdiyi kimi, hərtərəfli inkişaf həmləsi və artan rifah səviyyəsi ilə qibtə edilən bir ölkəyə çevrilmiş, 71 illik məşəqqətli dövrdən sonra beynəlxalq səviyyədə haqqı olduğu mövqeyə çatmışdır. Azərbaycan aradan keçən 25 il müddətində Umummilli Lider Heydər Əliyevin uzaqgörənliyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mətanətli liderliyi və iradəsi, regionumuzda sabitliyin və əməkdaşlığın möhkəm qalasına çevrilmişdir. Azərbaycan beynəlxalq siyasi, iqtisadi və humanitar sınaqlar qarşısında eyni dəyərlər əsasında həmrəylik şəraitində hərəkət etdiyimiz, əvəzsiz müttəfiqimiz və ən yaxın strateji ortağımızdır. 2011-ci ildən bu günə qədər dövlət başçılarının rəhbərliyi iləhəyata keçirilən”Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının” iclasları əlaqələrin hər sahədə daha da dərinləşməsinə öztöhfəsini vermişdir. Azərbaycan ilə Türkiyə arasında yüksək səviyyədəhəyata keçirilən səfərlər və bütün sahələrdəki texniki əlaqələrintensivliyini qorumaqdadır. İki qardaş ölkə iqtisadi və digər bütün imkanlarını bəşəri dərinliyi ilə birləşdirib, regional və qlobal rifah və əmin amanlığa xidmət etməkdədir. Bunun ən gözəl nümunəsi, birlikdə həyata keçirdiyimiz Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri və tamamlanmaq üzrə olan Bakı-Tbilisi-Qars dəmiryolu və Avropanın enerji təhlükəsizliyinə də töhfəsini verəcək TANAP kimi ortaq layihələrdir. Eyni zamanda Azərbaycanla birlikdə reallaşdırdığımız Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Türkmənistan üçtərəfli dialoqlar bölgəmizin firavanlığı və dincliyinə öz töhfəsini verməkdədir.
Keçən 25 il ərzində birlikdə nail olduqlarımız gələcəyə ümidlə nəzər salmağımızı təmin etməkdə, birlikdə çalışaraq millətimiz üçün firavan gələcək qurmaq əzmimizi gücləndirməkdədir. Tarixdən bizə miras qalan Türkiyə və Azərbaycan arasındakı müstəsna əhəmiyyətli əlaqələridaha da inkişaf etdirmək və eyni taleyi bölüşərək ələ-ələ verib gələcəyə doğru irəliləmək bizlərin əcdadımız qarşısındakı borcumuz, uşaqlarımız qarşısında isə vəzifəmizdir”.