Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İsveçrə prezidenti müxalifətlə görüşəcək

 

   İsveçrə Konfederasiyasının prezidenti Didye Burkhalter bu gün müxalifət liderləri və vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşəcək. 
    "Xeberinfo.com": Əldə etdiyimiz məlumata görə, görüş saat 17.00-da "Four Seasons Hotel"də baş tutacaq. 
     Məlumatda bildirilir ki, ölkəmizdə rəsmi səfərdə olan Didye Burkhalterlə görüşdə REAL Hərəkatının icra katibi Natiq Cəfərli, Müsavat başqanı İsa Qəmbər və AXCP sədri Əli Kərimli iştirak edəcək. Son günlər ətrafında qalmaqallar səngiməyən hüquq müdafiəçisi Leyla Yunus, həmçinin "Turan" informasiya agentliyinin direktoru Mehman Əliyevin də Didye Burkhalterlə müzakirələrdə iştirak edəcəyi istisna edilmir. 
    AXCP-nin sədr müavini Razi Nurullayev, Müsavat Partiyasından Mehman Cavadoğlu və REAL hərəkatının icra katibi Natiq Cəfərli Didye Burkhalterlə bu günkü görüş barədə xəbəri Aktual.az-a təsdiqləyib.
    Xatırladaq ki, bir müddət əvvəl ölkəmizdə rəsmi səfərdə olan Fransa prezidenti Fransua Ollandın da müxalifət liderləri və vətəndaş cəmiyyəti nümayəndələri görüşü baş tutmuşdu. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam