Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

REAL-ın icra katibi ilə cəbhəçilərin “erməni davası”

 

Facebook sosial şəbəkəsində REAL hərəkatının icra katibi Natiq Cəfərli ilə AXCP üzvləri arasında yeni qalmaqal yaranıb. 

"Xeberinfo.com": Məlumata görə, qalmaqala Natiq Cəfərlinin yazdığı status səbəb olub. REAL rəsmisi yazıb ki, Bakıda ATƏT Parlament Assambleyasının iclaslarının keçirilidiyi Fairmont otelində Assambleyanın bir neçə deputatı iyunun 30-da AXCP sədri Əli Kərimli ilə həmin oteldə görüşmək istəsələr də, buna imkan verilməyib. “Çox pis, rüsvayçı hadisədir, şiddətlə qınayıram”, - Natiq Cəfərli yazıb.

Amma Natiq Cəfərlinin fikrincə, AXCP üzvlərinin yazılarında, “Azadlıq” qəzetinin manşetində “niyə həmin oteldə ermənilər görüş keçirə bilər, Əli bəy yox” tezisinin səsləndirilməsi doğru deyil: “Bu, elə hakimiyyətin öz ritorikasıdır, belə ritorika ilə Qarabağ məsələsini həll etmək olmaz! Qarabağda yaşayan erməni əhalisi bizim vətəndaşdırlar, azərbaycanlıdırlar, çünki, azərbaycanlı - vətəndaşlıq tanımıdır. Ermənistan isə bizim qonşu dövlətdir, nə onlar bu coğrafiyadan Marsa köçəcək, nə biz Yupiterə gedəcəyik. Sivil dünyada belə “akifnağılizim” qəbul olunmur, normal qarşılanmır, müxalifət bunu anlamalıdır. Bizlər hakimiyyətə tək müxalif deyil də, həm də alternativ olmalıyıq! Biz anlamalıyıq ki, torpaqlarımızı mütləq qaytaracağıq, bunun üçün isə əsas məsələ ölkəmizdə normal, sivil, demokratik dövlətin qurulmasıdır!”.

Natiq Cəfərlinin bu fikirləri AXCP üzvlərinin, o cümlədən, partiyanın rəhbərliyində təmsil olunan şəxslərin narazılığına səbəb olub. Onlar iddia edirlər ki, Natiq Cəfərli hakimiyyəti ötəri, AXCP-ni isə daha həvəslə tənqid edib. Şərhlərdə Natiq Cəfərlinin özü ittiham edilib. Məsələn, AXCP sədrinin müavini Əbülfəz Qurbanlı yazıb: “Xatırladıram ki, Natiq bəy 27 fevralda Sarkisyanı və Köçəryanı siçan dərmanı ilə öldürtmək istəyən Erkin bəyi belə dəstəkləmişdi: “Erkinnin tək səhvi odur ki, onun yazdıqlarını demirlər, sakitcə edirlər. Ona qarşı fikir yazanlar özlərini liberal, demokrat, özgür adlandıranlardır, Qərbə, ABŞ-a müsbət baxanlardır. ABŞ Ben Ladeni həbs edib, mühakimə edə bilməzdi bəyəm? Amma etmədi, bilərəkdən məhv etdi. İsrail Münhendən sonra, ya da lap əvvəl, 2-ci dünya müharibəsində yəhudilərin öldürülməsində iştirak edənləri həbs edib, mühakimə edə bilməzdi? Bilərdi, amma, məhv etdi onları, özü də, dünyanın müxtəlif ölkələrində. Erkinin yazdıqlarına etiraz edənlərin əksəriyyəti yəhudiləri dünyanın ən ağıllı milləti, ABŞ-ı dünyanın demokratik dövləti sayanlardır”. Bax belə bir təzad... Belə getsə, əleyhinə yazanlar Köçəryanların, Sarkisyanların hüquqlarının müdafiə komitəsi zadı yaradacaqlar...

Siyasətçi olduğuna iddia edən adam gərək ardıcıl olsun, dünənki mövqeyini bu gün unutmasın. Başqasına irad tutmamış da fikirləşsin ki, mənim buna haqqım varmı?".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam