Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Ağzını tikən iş adamı Qazaxda aksiya keçirdi

 

YeniXber.info: İki mənzil üçün ödədiyi 355 min manatı ala bilməyən Qazax rayon sakini, sahibkar Elşad Məmmədov mayın 18-də rayonda kirayə yaşadığı mənzildə ağzını tikərək, etiraz aksiyasına başlayıb.

Sahibkar deyir ki, iki il yarım bundan əvvəl Hacı İbrahim Nehrəmlinin sahibi olduğu “Avesta” konserninə məxsus “Həsən-6” MTK tikinti şirkətinə 355 min manat ödəyərək, iki mənzil alıb.

Mayın 19-da isə Elşad Məmmədov yaxınları ilə birgə rayondakı parkda aksiya keçirib.

“Mənim üzləşdiyim problemə heç kim reaksiya vermir, məhkəmələr işi süründürür. Ona görə də qohumlarımla birgə parkda aksiya keçirdik, icra başçısı ilə görüşmək isdədiyimizi bildirdik. Amma polislər icra başçısının yerində olmadığını və görüşün saat 16:00-da baş tutacağını deyib, bizi ərazidən uzaqlaşdırmağa çalışdılar. Buna baxmayaraq icra hakimiyyətinə getdik və məlum oldu ki, başçı yerindədir. O bizi qəbul etdi. Üzləşdiyim problemi prezidentə çatdıracağını dedi. Biz də inandıq və ərazini tərk etdik. Bir həftə də gözləyəcəm görək nə olur. Artıq dözə bilmirəm. Bakıda dəfələrlə hədələndiyimdən Qazaxa köçüb kirayədə yaşayıram. Kirayə pulunu verə bilmədiyim üçün evin sahibi də mənə bir həftə vaxt verib. Ordan da çıxsam uşaqlarımla küçələrdə yaşamalı olacam. Mən bunu istəmirəm, artıq bezmişəm, yaşaya bilmirəm”.

Elşad Məmmədov bütün məhkəmə instansiyalarını keçib. Mayın 16-da məsələ Ali Məhkəmənin plenumuna çıxarılıb və  məsələyə növbəti plenumda baxılacağı barədə qərar çıxarılıb.

Hacı İbrahim Nehrəmli musavat.com-a açıqlamasında bildirib ki, Elşad Məmmədov onun haqqında şər-böhtan danışır. İş adamının dediyinə görə, E.Məmmədov ona pul borclu olub: ““Xəzər Adaları”nda “Skat” restoranının tikintisinə başlayanda smeta tutduq, məlum oldu ki, tikinti 700 minə başa gələcək. Ancaq Elşad Məmmədov və onunla birlik olan şəxslər dedilər ki, həmin obyekti  500 minə tikə bilərik. Sonra bu adamlar məndən pul aldılar. Üstəlik də üç yüz minlik ev götürdülər. Həmin evlərdən birini başqasına satdılar və Gürcüstana qaçdılar. Mən onları tapdırıb Azərbaycana gətizdirdim. Mənə olan borcun müqabilində evinin birini verdi. Təbii ki, bu, borcunu ödəmədi. Onların fırıldağı üzündən 300 min ziyana düşmüşəm”.

Hacı İbrahim deyir ki, E.Məmmədovu məhkəməyə verib və E.Məmmədov etdiyi əməllərin hamısını məhkəmədə boynuna alıb. İş adamı bildirdi ki, o, qanunlara hörmətlə yanaşır: “Bizim boynumuz dövlətimizin qanunları qarşısında qıldan incədir. Mən quldur, başkəsən deyiləm. Elşada da dedim ki, mən işi verirəm məhkəməyə. Son qərarı məhkəmə çıxaracaq. Məhkəmə desə ki, ev sənindir, o zaman elə olacaq. İndi bu adam məhkəmənin qərarı ilə razılaşmır, məni şantaj edir. Belə hərəkətlərlə iş olmaz”.

Elşad Məmmədov isə Hacı İbrahimin dediklərinin yalan olduğunu söyləyib. Bildirir ki, o, evi hansısa fərddən deyil, şirkətin özündən alıb.

 “Ev alqı-satqısı hamısı sənədlərlə həll olunub. Evi birbaşa şirkətin özündən almışam. İndi məni ittiham edirlər ki, güya “Avesta” şirkəti üçün hansısa  iş görürmüşəm və o işi yarımçıq saxlamışam və ona görə də evləri əlimdən alıblar. Bunlar hamısı yalandır. Aldığım mənzillə bağlı bütün sənədlər qanunauyğun olub. Ödədiyim pulla bağlı məndə kassa-mədaxil qəbzləri var.  Mənin aldığım evi xəbərim olmadan dələduzluq yolu ilə Vüqar Şikarova satıblar. Mən İbrahim İbrahimli ilə görüşüb evimin məndən xəbərsiz satılmasına aydınlıq gətirdim. Mənim bu tələbim onun xoşuna gəlmədi və dedi ki, ümumiyyətlə o biri evin də mənim adıma olan sənədlərini ləğv etdirir. O vaxtdan 2 il 4 ay keçib nə evimi geri ala bilirəm, nə də ödədiyim pulu”, - deyə iş adamı bildirir.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam