Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Tənzilə Rüstəmxanlı: "Əli Kərimli heç vaxt Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb"

tenzile-rustemxanli

AXCP mətbuat xidmətinin rəhbəri xanım Rüstəmxanlını elə ifşa elədi ki…

Xeberinfo.com:  “Azəri-Türk” Qadınlar Birliyinin Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə həsr olunan tədbirdə qalmaqal yaşanıb.

Dövlət müstəqilliyinin əldə edilməsində önəmli rol oynayan təşkilat və şəxslərin (AXCP sədri Əli Kərimli və Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər) tədbirə dəvət edilmədiyini görən Bütöv Azərbaycan Hərəkatının rəhbəri Yasəmən Qaraqoyunlu iradını bildirib:

“Əli Kərimli və İsa Qəmbər Azərbaycanda Milli Azadlıq Hərəkatının liderləri olublar. Ancaq çox təəssüf ki, bu gün onlar burada yoxdurlar. Az öncə Qüdrət Həsənquliyev burada fikir səsləndirdi ki, guya o, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən biri olub. Ancaq mən Qüdrət Həsənquliyevi tələbə vaxtından tanıyıram. O, heç zaman Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb”.

Tədbiri təşkil edən “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı Yasəmən Qaraqoyunlunun çıxışına cavab verərək bildirib ki, əksinə, Əli Kərimli heç vaxt Milli Azadlıq Hərəkatının liderlərindən olmayıb:

“Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir. Onlar da gedib bu cür tədbirlər təşkil etsinlər, fikir bildirsinlər. O ki qaldı Qüdrət Həsənquliyevə, o çıxışında demədi ki, mən Xalq Hərəkatının lideri olmuşam. Siz çıxışı düzgün təhlil edin. Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.

Qalmaqal xəbər olandan sonra bir sıra maraqlı reaksiyalar doğurub.

Məsələn, keçmiş diplomat Turqut Ər öz facebook hesabında xanım Rüstəmxanlıya ritorik suallar ünvanlayıb.

«Bu xanım əfəndidən soruşmaq lazımdır:

Birinci, sən “azəri”, türk ayrımını niyə edirsən? “Azəri” deyə bir millət var?

İkincisi, qohumların arasında Bəylər Əyyubov varmı?

Üçüncü, Niyə Türkiyədə bir cür, Azərbaycanda başqa cür danışırsan?

Dördüncü, Elçibəy sağkən bu dediklərini o böyük türk liderinə deyə bilirdinmi? Heydər Əliyevlə bağlı dediklərini və Elçibəy vaxtını pislədiyini deyə bilərdinmi?

Türkiyədə özünü “türk milliyətcisi” kimi təqdim edirsən, Azərbaycanda isə türk milliyyətçiliyin söz etmir, Əliyev rejimini məhd edirsən. Niyə?”.

AXCP mətbuat xidmətinin rəhbəri Natiq Ədilov isə Tənzilə Rüstəmxanlının atmacalarına iki maraqlı faktla münasibət bildirib. O, “Tənzilə Rüstəmxanlının “qəhrəmanlığı” barədə bir kaç kəlmə” adlı bloq məqaləsində yazır:

– “Mən heç zaman sizin “qəhrəman” hesab etdiyiniz Əli Kərimlini lider hesab etməmişəm. Onları bu tədbirə də özüm dəvət etməmişəm. Çünki sırf mənim təşkil etdiyim tədbirdir… Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.

Bu sözləri « Azəri-Türk » Qadınlar cəmiyyətinin sədri Tənzilə Rüstəmxanlı deyib. Tənzilə Rüstəmxanlının belə qəzəbli bəyanat verməyə vadar edən ona tutulan irad olub. İrad bu olub: Yasəmən Qaraqoyunlu adlı çıxışçı deyib ki, ay xanım, Azərbaycanın dövlət müstəqilliyinin 25 illiyinə dair (anan ölsün, ay müstəqillik!) tədbir keçirirsən, ancaq bu müstəqilliyin əldə olunmasına liderlik edən adamları, təşkilatları qoymusan qırağa, jalə şirəsi ilə bəslənənləri çağırıb oturtmusan yuxarı başda. Bu yava işdir axı.

Tənzilə xanım da lap başda oxuduğunuz çılğın bəyanatı respublika ictimaiyyətinin diqqətinə o an çatdırmışdır.

Hörmətli Tənzilə xanım özünə kimi lider bilir, öz işidir, nəyimizə lazım? Fəqət, onun Əli Kərimlini dırnaqarası qəhrəman elan eləməsi, ictimai-siyasi baxımdan bir naxələflikdir, üzərində bir az dayanılası məqamdır. İş burasıdır ki, bəlkə də yeniyetmələri bu cür pafoslu sözlərlə tövlamaq olar. Ancaq, Tənzilə xanımın indi biət elədikləri, eləcə də yaxın tariximizi unutmayanlar üçün bu açıqlama acı gülüşdən başqa bir şeyə yaramır. Tənzilə Rüstəmxanlı, bəlkə də Əli Kərimli də unuda bilər, Natiq Ədilov isə əsla unutmayıb ki, Tənzilə xanım üçün Əli Kərimli uzun illər əsl qəhrəman olub. Bəlkə indi də elədir, sadəcə o da Hacı Şahin kimi təqiyyə edir, ona sözüm yox. Bəndəniz isə təqiyyə əhli olmadığından bir tarixi anı car çəkməlidir.

Əfəndilər, haman bu xanım 1999-cu ildə indi dırnaqarası qəhrəman hesab elədiyi Əli Kərimliyə qılınc təqdim eləmişdi. Özü də bilirsinizmi necə? Paah, böyük bir həngamə formasında. O zaman bir “Press klub” vardı, ora cəm eləmişdi bütün jurnalistləri, tanınmış simaları və bu simvolik qılıncı Əli bəyə təqdim edərək demişdi ki, bu, sizin parlamanda qılıncdan da kəskin çıxışlarınıza, qəhrəmanlığınıza görə təqdim edilir.

İndi mən üz tuturam, Tənzilə xanıma və Əli bəyə: O qılıncı neynəmək lazımdı? Xahiş edirəm, bizi intizarda saxlamayın, qılıncın müqəddaratı ilə bağlı ictimaiyyəti bilgiləndirin.

Gəlirik söhbətimizin ən şirin yerinə. Yəni, bura: “Bilirsiz, müxalifətdə olmaq o demək deyil ki, milli maraqları satasan. İnanın ki, sabah Türkiyədəki kimi bir hadisə olsa və Azərbaycanın taleyi həll olunsa, xarici fondlardan maliyyələşən şəxslər ABŞ-ın tapşırıqlarını yerinə yetirəcək”.

Bu, “adımı sənə qoyaram, səni də yana-yana” taktikasıdır.

Əzizlər, bu sözü Tənzilə xanım tez-tez xatırladır ki, guya kimlərsə xaricdən pul alıb ana vətənimizi gözdən salır, milli kimliyimizi baltalayır və s. Razısınızmı? Yəqin, siz də onun belə çıxışlarından doymusunuz. İndi sizdən bir söz soruşacam, xahiş edirəm, kişi kimi cavab verin. Tutaq ki, birdən Tənzilə xanımın əlinə belə bir materal keçir: “Filankəs adlı müxalifət funksioneri ABŞ Dövlət Departamentindən qrant alıb. Qrantın təyinatı Birləşmiş Ərəb Əmirliklərində fahişəlik edən azərbaycanlı qızlardır”.

Siz ölənlərin goru, belə şeydən sonra Tənzilə xanımı durdurmaq olardımı? Nə danışırsınız? Əsla. Yəqin, onun qılınc kimi bəyanatlarında bu cür ifadələr üzərdi: “Görürsünüzmü! Şərəfsizlər pul xərcləməyə sahəmi tapmırlar! Onlar qəsdən belə şeylə uca Azəri-türk qadınını gözdən salır! Hamısı Masonlar! Hamısı qlobal güclər! Vatan hainleri! Allah kahr etsin!..”

Heyhat, gözəl qardaşlar, dəyərli bacılar!

Bu, xəyal məhsulu deyil. İş burasındadır ki, Tənzilə müəllimə özü, təşkilatı 2003-cü ilin yazında (tarixə diqqət!) ABŞ Dövlət Departamentindən külli miqdarda qrant alaraq belə bir layihə həyata keçirib. Təsəvvür edirsinizmi?! Azərbaycan qızlarının Dubay məcaralarından yazmaq üçün o layihənin pulundan jurnalist də tutub və BƏƏ-nə yollayıb…

Bunlar hamısı Natiq Ədilovun arxivində yatan və bir-sıra etik səbəblərdən çox təfərrüatına varmaq istəmədiyi və elə bu səbəbdən uzun illərdir danışmağa hacət duymadığı faktlardı.

Allah şeytana lənət eləsin!(Azadliq.info)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam