Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

“Dağlıq Qarabağ barədə susmaq paradoksal olardı“

 

"Müzakirələr zamanı Dağlıq Qarabağ münaqişəsinin Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzandığını xüsusi vurğulayacağıq"

"Xeberinfo.com":  ATƏT Parlament Assambleyasının iyulun 5-9-da Helsinkidə keçiriləcək illik sessiyasının plenar iclasında müzakirəyə çıxarılacaq qətnamə layihəsində "dondurulmuş" münaqişələrin həlli ilə bağlı hissədə Moldova (Dnestryanı), Gürcüstan (Cənubi Osetiya, Abxaziya), Ukrayna ilə yanaşı, Azərbaycan (Dağlıq Qarabağ) məsələsi də əksini tapıb.
 
APA-nın ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, təşkilatın Siyasi Komitəsində müzakirə olunacaq qətnamə layihəsində isə “Cənubi Qafqazdakı münaqişələr” adlı hissə yer alıb.
 
Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin rəhbəri Bahar Muradova APA-ya açıqlamasında bildirib ki, müzakirələr zamanı münaqişənin Ermənistanın işğalçılıq siyasəti nəticəsində uzandığını xüsusi olaraq vurğulayacaqlar: “Dağlıq Qarabağ münaqişəsinin sənəddə yer almasına qarşı təkliflərin olması barədə bizdə məlumat var və qətnamə layihələrinin müzakirələri zamanı bu, aydın məlum olacaq. Bizim təklif etdiyimiz bənddə də bu məsələ açıq şəkildə qoyulub. Bilirsiniz ki, indi Avropada aktual mövzu daha çox Ukrayna məsələsidir. Amma paradoksal hal olar ki, bu gün Ukraynadakı vəziyyəti təhlükəli hesab edib, onu müzakirə edələr, amma Dağlıq Qarabağla bağlı susalar”.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam