Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ATƏT PA-da Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

ATƏT Parlament Assambleyasının (PA) növbəti sessiyalarında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr aparılacaq.

Yenixeber.org: Bunu ATƏT Parlament Assambleyasının sədri xanım Kristin Muttonen deyib.

O qeyd edib: "Bildiyiniz kimi, ATƏT PA-da təmsil olunan parlamentarilər iclaslarda öz ölkələrinə aid məsələləri müzakirəyə çıxarırlar. Bu baxımdan əlbəttə ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin növbəti sessiyalarda müzakirəyə çıxarılmasını gözləyirik".

K.Muttonen bildirib ki, ATƏT PA bütün məsələlərin, xüsusən də ATƏT regionunda mövcud olan münaqişələrin həlli yolları üçün bir platformadır.

O əlavə edib ki, ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Kristian Vigenin regionda sülhün bərqərar olması üçün aktiv işlər aparır: “Biz azərbaycanlı tərəfdaşlarımızla da regionda sülh və sabitliyin bərqərar olması, insanların rifahının təmin olunması üçün fəal iş aparırıq”.

K.Muttonen cəbhəyanı bölgələrə səfər etməyəcəyini bildirib: "Budəfəki səfərim çərçivəsində cəbhəyanı bölgələrə səfər gözlənilmir". (Trend)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam