Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Seçki baş tutub”

Mezahir Penahov MK

Beynəlxalq və yerli müşahidəçilər seçki prosesinə belə süni kölgə salmaq cəhdlərinin əbəs olduğunu gördülər
“90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçirilən təkrar seçkiləri 4-ü beynəlxalq müşahidəçi olmaqla, 745 müşahidəçi izləyib. Seçki baş tutub”.
Xeberinfo.com:   APA-nın məlumatına görə, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bu gün keçirdiyi mətbuat konfransında söyləyib.
M. Pənahov deyib ki, gün ərzində şikayət daxil olmayıb, “qaynar xətt”ə informasiya almaqla bağlı 4 müraciət daxil olub: “Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri gün ərzində seçkinin şəffaf keçdiyini bildiriblər”.

MSK sədri bildirib ki, Ümid Partiyasının namizədi İqbal Ağazadənin müşahidəçilərinin seçki məntəqələrinə buraxılmaması barədə iddiaları barədə beynəlxalq müşahidəçilər də MSK ilə əlaqə saxlayıblar : “İqbal Ağazadənin hər məntəqədə 2 müşahidəçisi müşahidə aparırdı. Avropa Şurası Parlament Assambleyasının müşahidəçiləri də həmin müşahidəçilərlə görüşmüşdülər. Heç bir müşahidəçi ilə bağlı nə məntəqə, nə də dairə seçki komissiyasında hər hansı problem yaranmayıb. Beynəlxalq və yerli müşahidəçilər seçki prosesinə belə süni kölgə salmaq cəhdlərinin əbəs olduğunu gördülər. Ümumiyyətlə, 1 noyabr 2015-ci il parlament seçkiləri ilə müqayisədə müşahidəçilərin sayi 2 dəfəyə qədər çox olub”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam