Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

MSK İqbal Ağazadənin şikayətini əsassız saydı

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə namizədliyi Ümid Partiyası tərəfindən irəli sürülən İqbal Ağazadənin Yeni Azərrbaycan Partiyasının qeydə alınmış namizədi Cavid Osmanovla bağlı şikayətinə baxılıb.

Xeberinfo.com:   Məlumata görə, İ. Ağazadə şikayətində C. Osmanovun onun xeyrinə imza vermiş seçiciləri imzalarından imtina etməyə məcbur etməyə çalışdığı, seçicilərə təzyiq göstərdiyini, o cümlədən sosial şəbəkələrdə vaxtından əvvəl seçki təşviqatı apardığını iddia edib.


MSK üzvü İllham Məmmədov bildirib ki, araşdırma zamanı C. Osmanov tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə şikayətdəki iddia təsdiqini tapmayıb.

MSK İ. Ağazadənin C. Osmanov tərəfindən seçicilərə təzyiq göstərilməsi barədə şikayətini əsassız sayıb. C.Osmanov tərəfindən vaxtından əvvəl sosial şəbəkələrdə seçki təşviqatının aparılması ilə bağlı şikayəti isə baxılması üçün Ağdaş DSK-ya göndərmək barədə qərar qəbul edib.(Azvision.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam