Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Davudoğlu İsraillə yaxınlaşmaq istəyirdi”

 

Son vaxtlar Türkiyə ilə İsrail münasibətlərində müəyyən istiləşmə müşahidə olunur.

 

Xeberinfo.com:  Azərbaycanın yəhudi əsilli deputatı Yevda Abramov məsələ ilə bağlı fikirlərini Modern.az saytına danışıb. O qeyd edib ki, İsraillə Türkiyə uzun illər müttəfiq olublar:

“Daima dostluq əlaqələri olub. Yəhudilərin İspaniyadan çıxarılmasında Türk Sultanının böyük köməyi olub. Türkiyədə turizmin inkişafında İsrail turistlərinin böyük rolu var. Elm, texnika və aqrar sahələrdə də Türkiyə ilə İsrail arasında əlaqələr daima olub.

Lakin çox təəssüf ki, Mavi Mərmərə gəmisində baş verən hadisələrə görə İsraillə Türkiyə arasında gərginlik yaşandı”. Seputat bildirib ki, son vaxtlar Türkiyə-İsrail münasibətlərində yaxşılığa doğru dəyişikliklər müşahidə edilir:

“Türkiyənin baş naziri Əhməd Davudoğlu da bu problemlərin həlli üçün çalışırdı. Ancaq o baş nazirlikdən ayrılmağa qərar verdi.

Biz inanırıq ki, Türkiyədə yeni gələcək baş nazir də Türkiyə-İsrail münasibətlərinin yaxşılaşmasına doğru addımlar atacaq. Azərbaycan Türkiyə ilə İsrailin münasibətinin yaxşılaşmasını istəyən dövlətdir.

Çünki Azərbaycanla Türkiyə bir millət iki dövlətdir və bununla yanaşı Azərbaycanla İsrailin də yaxın dostluq əlaqələri var.

Azərbaycanın Türkiyə-İsrail münasibətlərinin düzəlməsində böyük rolu var. Mən İsraildə prezidentlə və parlament sədri ilə görüşərkən bildirdim ki, Azərbaycanda yaşayan yəhudilər Türkiyə ilə İsrail münasibətlərinin düzəlməsinin tərəfdarıdır”


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam