Redaktor seçimi
Məhəmməd Musayev Saleh Məmmədovu necə aldadır? -
Gəncə Dövlət Universitetində baş verənlər şok edir...  Rektor Yusif Yusibovun adı ağır cinayət iddialarında: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi media təşkilatı adı ilə “piy” əridir - 
QHT-lərə Dövlət Agentliyindən Nazirlər Kabinetinə sayqısızlıq -
“Zulu Shipping” dosyesində adı keçən İsmayıl Qasımov kimdir? -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi ifşa olunur: reklam təşkilatının nikah layihəsinə dəstək -
Qobu Bələdiyyəsinin sədrinin saxta imzası üzə çıxdı:
 Eyni QHT-lər, eyni layihələr: dövlət düdcəsi harada itir? -
Günün xəbəri

İsrail hökuməti Türkiyə ilə razılaşma sənədini təsdiqlədi

7 nazir sənədin lehinə, 3-ü isə əleyhinə səs verib.

Xeberinfo.com:   Məlumata görə, İsrailin müdafiə naziri Aviqdor Liberman, maarif naziri Naftali Bennet və ədliyyə naziri Ayelet Şaked sənədin təsdiqlənməsinin əleyhinə olublar.

Razılaşmaya görə, İsrail 2010-cu ildə "Mavi Mərmərə" hadisəsi zamanı həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə 20 milyon dollar məbləğində təzminat ödəyəcək. Bundan başqa, İsrail dövləti baş verən hadisə ilə bağlı Türkiyədən üzr istəyib. Eyni zamanda, İsrail Fələstinə humanitar yardımın göndərilməsi ilə bağlı tətbiq etdiyi embarqonu yumşaldacaq.

Xatırladaq ki, iki dövlət arasında münasibətlər 2010-cu il mayın 31-də kəsilib. O zaman Fələstinin Qəzza bölgəsinə humanitar yardım aparan Türkiyənin "Mavi Mərmərə" gəmisinə İsrail hərbçiləri basqın etmişdi. Nəticədə Türkiyənin 9 vətəndaşını öldürmüşdü.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam