Redaktor seçimi
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı siyasi klub kimi -
QHT-lərə Dövlət Dəstəyi Agentliyində Şeyx Nəsrullah ruhu:
Yusif Yusibovu Ramiz Mehdiyevlə nə bağlayır(?)! –
Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqında dolanan kabus –
    QHT-lərə Dövlət Dəstəyi Agentliyindən növbəti saxtakarlıq – 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
Günün xəbəri

Türkiyə ilə İsrail arasında tarixi razılaşma

israel-turkey

İsrail Türkiyəyə təzminat ödəməyə razılıq verdi  

Xeberinfo.com:  Türkiyə və İsrail diplomatları arasında İsveçrədə baş tutan növbəti görüşdə tərəflər “Mavi Mərmərə” gəmisində həyatını itirənlərin ailələrinə təzminat ödənilməsi ilə bağlı məsələdə yekun razılaşmaya gəliblər. “Doğan” xəbər agentliyi xəbər verir ki, bu məqsədlə özəl bir fond yaradılacaq və İsrail dövləti bu fondun hesabına 20 milyon dollar köçürəcək.   Bildirilir ki, görüşdə Türkiyəni həmişəki kimi xarici işlər nazirinin müşaviri Firudin Sinirlioğlu təmsil edib. İsrail tərəfdən isə bu ölkənin baş naziri Benjamin Netenyahunun şəxsi nümayəndəsi, diplomat Hozef Kekhanover iştirak edib. Bir müddət əvvəl İsrailin kəşfiyyat orqanı olan MOSSAD-ın rəhbəri təyin edilən Yossu Kohen isə  əvvəlkilərdən fərqli olaraq son toplantıya qatılmayıb.   Qeyd edək ki, tərəflər görüşlərini bundan sonra da davam etdirməyə qərar veriblər. Əsas müzakirə mövzuları isə Qəzzanın blokadadan çıxarılması və Türkiyə ilə İsrail arasındakı enerji anlaşmasının əldə edilməsidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam