Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini belə talan edir! -
Əziz Quliyev İmişlidə azyaşlıları maşınla vurmasını ört-basdır etməyə çalışır -
Yaşam Klinikasında Məhəmməd Mehdi Aslaninin yaşatmaq vədləri:
Böyük Britaniyada hüquqşünas Eldar Mahmudova görə cərimələnib -
Saleh Məmmədovun asfalt zavodu Ermənistanın Metsamor AES-i kimi:Tüstüdə gizlənən milyonlar və kəsilən nəfəslər –
AzTU-nun kafedra müdiri müəllimləri “quş” adlandırır?! -
“AzerGold”da diqqətçəkən vəzifə bölgüsü:
Deputat Əlibala Məhərrəmzadənin sərvətlərinin YENİ SİYAHISI
Günün xəbəri

Baş nazir İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqladı

Türkiyənin baş naziri Binəli Yıldırım İsraillə əldə olunmuş razılaşmanın detallarını açıqlayıb.

Xeberinfo.com:    NTV-yə istinadən məlumata görə, baş nazir bildirib ki, iki ölkə arasında razılaşma artıq paraflanıb, sabah Türkiyə Xarici İşlər Nazirliyinin müşaviri ilə israilli həmkarı arasında sənəd imzalanacaq.

İmzalanmadan sonra sənəd Türkiyə Böyük Millət Məclisində və müvafiq olaraq İsrail Nazirlər Kabineti tərəfindən ratifikasiya olunacaq, bununla da, iki ölkə arasında münasibətlərin normallaşması prosesi rəsmən başlamış olacaq.

Baş nazir razılaşmanın bəzi detallarını açıqlayıb: “Sənəd ratifikasiya olunandan sonra hər iki ölkənin səfirlərinin fəaliyyəti aktivləşdiriləcək. 2010-cu ildən başlayan böhranın həllinin bu qədər uzun sürməsinin səbəbi Fələstinlə əlaqədardır. Biz Fələstin məsələsində də nəticələr əldə olunmasının tərəfdarı olmuşuq. Razılaşmada da bununla bağlı müddəlar var. Əsas məsələlərdən biri Qəzzanın su və elektirk enerjisi ilə təchizatıdır. İsrail bu müddəaya razılığını bildirib.

Razılaşmaya əsasən, İsrail “Mavi Marmara” gəmisində həyatını itirən Türkiyə vətəndaşlarının ailələrinə ümumilikdə 20 milyon dollar təzminat ödəyəcək. Bu razılaşma ilə Fələstinə tətbiq olunan embarqo böyük ölçüdə aradan qaldırılacaq. Bununla yanaşı, iyulun 1-də 10 min ton humanitar yardım daşıyan Türkiyə gəmisi İsrailin Aşdod limanı istiqamətində hərəkət edəcək. Qəzzadə inşa olunan Türkiyə-Fələstin xəstəxanasının açılışı üçün lazımi addımlar atılacaq.

Normallaşma əlaqələrimizin bütün sahələrinə təsir edəcək. Lakin əsasən iqtisadi əlaqələr və regional inkişafı əhatə edəcək. Əsas məqsəd Qəzzada insanların rahat nəfəs alması və rahat yaşamasıdır. Biz bununla sonuna qədər Fələstin xalqının yanında olduğumuzu ortaya qoyduq”.

Baş nazir razılaşmasının üç əsas məqsədini bir daha diqqətə çatdırıb: “Razılaşma sənədi üç məsələ baxmından əhəmiyyətlidir. Birincisi, “Mavi Marmara” məsələsinə görə İsrailin Türkiyədən üzr istəməsi, ikincisi, gəmidə həlak olmuş Türkiyə vətəndaşlarına təzminat ödəməyə razılıq verməsi, üçüncüsü isə, Fələstinə tətbiq olunmuş embarqonun yumşaldılmasıdır”.

Bundan başqa, razılaşmada İsrail qazının Türkiyə üzərindən Avropa nəqli də əksini tapıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam