Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Ermənistan “qarın ağrısı”na düşüb”

Roqozin erməniləri aşağıladı – “Ermənistan “qarın ağrısı”na düşüb”

 

Rusiya öz forpostuna yenə dirsək göstərdi; Qarabağdakı hərbi uğursuzluq işğalçı ölkədə anti-Rusiya ovqatını pik həddə çatdırıb, düşmən həm qorxur, həm də qorxutmaq istəyir; Putinin silahdaşından İrəvana hədə: “Bəziləri orada özlərini pis aparır”; düşmən ölkədə Roqozini “pesona non-qrata” elan etmək çağırışı səsləndi... 

 

Xeberinfo.com:  Qarabağda 4 günlük müharibə ilə təkcə işğalçı orduya sarsıdıcı zərbə vurulmayıb, ermənilərin qüruru, özünə vurğunluğu və Rusiya sarıdan arxayınlığı, Kremlə inamı da ciddi zərbə yeyib. Erməni toplumunda, qonşu ölkənin KİV və ekspert dairələrində aprelin 5-dən özünü göstərən anti-Rusiya isterikasının, hətta şimal qonşumuza, Putinə ünvanlı təhqiramiz ritorikanın kökündə həm də bu gerçəklik dayanır. 
Təcavüzkar tərəf Azərbaycana müasir silahlar verdiyi üçün Rusiyanı heç cür anlaya və bağışlaya bilmir, havaya yumruq atmaqla, çığır-bağır salmaqla Moskvaya təsir göstərməyə çalışır. Ancaq bütün bu etirazlar əlbəttə ki, mənasızdır. Ən azı ona görə ki, Ermənistan üçün Rusiyanı təhlükəsizlik qarantı baxımından əvəzləyəcək alternativ güc yoxdur, üfüqdə belə görünmür. 
Rusiya təcavüzkarın arxasından çəkilən kimi o, Azərbaycan ərazilərini, Dağlıq Qarabağı dərhal geri qaytarmalı olacaq, özü də savaşsız-filansız. Üstəlik, bundan sonra onun virtual dövlətçiliyindən nəsə qalacağı da böyük sual altına düşəcək.     
Odur ki, Azərbaycan atalar məsəlində deyildiyi kimi, “Özü yıxılan ağlamaz”. Əgər Ermənistan 2047-ci ilədək öz taleyini könüllü şəkildə Rusiyaya bağlayıbsa, bundan ötrü uzunmüddətli müqavilə imzalayaraq parlamentdə ratifikasiya edibsə, öz ərazilərində iki rus hərbi bazası yerləşdiribsə, xarici sərhədlərini qorumağı belə FSB-yə həvalə edibsə, həmçinin iqtisadi infrastrukturlarını, maliyyə sahələrini Rusiyanın öhdəsinə buraxıbsa, özündən küsməlidir. 
Yəni Ermənistan Qarabağı işğalda saxlamaq üçün sözün həqiqi mənasında və könüllü şəkildə vassal, marionet bir statusla, lap dəqiqi, miskin bir durumla barışıb. Vassalın, marionetin isə ağaya etiraz hüququ yoxdur. Olsa da bu, “ağa” üçün - Rusiya üçün milçək vızıltısından savayı bir şey ola bilməz.
*** 
Rusiya baş nazirinin müavini, prezident Putinin yaxın adamlarından biri, hərbi-sənaye kompleksini kurasiya edən Dmitri Roqozinin ermənilərin isterikasına verdiyi son reaksiya, daha doğrusu, onları aşağılaması buna şübhə yeri saxlamır. Xatırladaq ki, Bakı səfəri zamanı o, Moskvanın Azərbaycana silah tədarükünü davam etdirəcəyini açıq şəkildə bəyan eləməklə Ermənistanda ciddi etiraz yaratmışdı.   
“Exo Moskvı” radiosuna müsahibəsində Roqozin özünün Bakı səfərindən sonra Ermənistanda bir “qarın işləməsi”nin başladığını deyib. “Tamamilə qorxunc bir demaqogiya başlayıb orada. Barmaqla göstərmək istəmirəm, bəziləri orada özlərini pis aparır. Müharibə isə məhz soyuqqanlılıq tələb edir, daha  hansısa təbliğat xarakterli ağlaşma, burundan selik axıtmaq yox” - Roqozin qeyd edib.
“Təsəvvür edək ki, biz münaqişənin hansısa tərəfi ilə hərbi-texniki əməkdaşlığı dayandırırıq. O dəqiqə orada amerikalılar və NATO peyda olacaq. Necə düşünürsünüz, digərləri də silah verməyi dayandıracaq? Məsələ ondadır ki, biz silah verəndə dəqiq bilirik ki, müəyyən balans var və bu balans genişmiqyaslı müharibənin başlamasını əngəlləyən amildir” - baş nazirin müavini izah edib.
“Biz oradan gedən kimi, Azərbaycan və Ermənistanın hərbi-texniki tərəfdaşı olmaqdan çıxan kimi, orada siyasətdə qat-qat ”diribaşlar" peyda olub sərhədlərimiz yaxınlığında nəhəng itkilərlə elə qətliamlar təşkil edəcəklər ki" - Roqozin deyib. Onun sözlərinə görə, amerikanlar və ya fransızlar indi də Azərbaycan və Ermənistana silah sata bilər: “Amma hər iki tərəflə strateji və dost əlaqələr hesabına biz siyasi, iqtisadi, hərbi-texniki təmasları saxlayırıq”..
 
Qarabağ konfliktinin nizamlanmasına gəlincə, Rusiya baş nazirinin müavini dondurulmuş münaqişələrin həll edilməli olduğunu söyləyib: “Onların donu vaxtaşırı açılır. Diplomatlar bu işlə məşğuldur. Danışıqları kəskin intensivləşdirmək vacibdir. Qan çıxıb gedən kimi, emosiyalar da gedəcək, sülh prosesinə qayıtmaq lazımdır”.
“Rusiya hərbi planda Bakını, yoxsa İrəvanı dəstəkləyir” sualına isə Roqozinin münasibəti belə olub:“Aydındır ki, Ermənistan bizdən ötrü KTMT üzrə müttəfiqdir, bizim onunla hərbi-texniki əməkdaşlığımız var. Azərbaycan isə bizə müttəfiq olmasa da, strateji tərəfdaşdır və onunla bizi iqtisadi sahədə çox şey birləşdirir. Üstəlik, Rusiyada böyük bir azərbaycanlı diasporu var və Azərbaycan Rusiya silahına görə pul ödəyir”.
***
Göründüyü kimi, Moskva regional bağlı siyasətini Ermənistanın etirazını ciddiyə almadan, erməni amilini görə korrektə etmədən davam etdirmək niyyətindədir. Bu, həm də Azərbaycanın bölgədəki vazkeçilməz rolunun Kreml tərəfindən qiymətləndirilməsinin təzahürüdür. Roqozinin açıqlamasında ermənilərə ünvanlı hədənin yer alması (“Bəziləri orada özlərini pis aparır”) isə Putinin öz forpostuna xəbərdarlığı kimi da qəbul edilə bilər. 
P.S. Yazı hazırlanarkən məlum oldu ki, Ermənistanda Roqozini “persona non-qrata” elan eləmək çağırışları səslənməyə başlayıb. Guya ki, silah satışı müstəsna olaraq onun səlahiyyətində olan məsələdir. “Dmitri Roqozinin Ermənistanda arzuolunmaz şəxs elan edilməsi hamı üçün uyğun olardı” - “Aykakan Jamanak” qəzeti baş nazirin müavininin “Exo Moskvı” radiosuna son müsahibəsini şərh edərkən yazıb. 
Musavat.com

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam