Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Rusiya iqtisadiyyatı və Putin 2 ilə məhv olacaq

 

“Hakimiyyətdə qalmaq naminə Rusiya prezidenti anti-Amerika siyasətini getdikcə gücləndirəcək”

"Xeberinfo.com":  Məlumata görə, ABŞ-ın “Fox News” televiziya kanalında çıxış edən prezident Ronald Reyqan administrasiyasında müdafiə nazirinin köməkçisi vəzifəsində işləmiş milli təhlükəsizlik üzrə analitik Ketlin Makfarland bildirib ki, Rusiyada yaşanan indiki problemlər bu ölkənin iqtisadiyyatının və Vadimir Putinin məhvinə gətirib çıxaracaq. K.Makfarland deyib:

“Rusiya prezidentinin atdığı addımlar tamamilə izah olunandır. Çünki indiki vəziyyətdə Putinə düşmən lazımdır. Hakimiyyətini saxlamaq üçün Rusiya prezidenti xalqın onu müdafiə etməsini istəyir və bu məqsədlə də xarici düşmən axtarışına girişib. Bəs bu düşmən kimdir? Bu düşmən Qərb, ABŞ və Ukraynadır. Nəzərdə tutulan proqrama əsasən, rusiyalıların diqqətini ölkədəki dəhşətli iqtisadi vəziyyətdən yayındırmaq üçün onların düşüncələrini xarici düşmənə tərəf yönəltmək lazımdır.”

999
Analitik diqqəti ona yönəldib ki, il yarım bundan əvvəl Putinin populyarlıq reytinqi 50% -dən aşağı idi. Rusiya əhalisinin yarısı onu hakimiyyətdə görmək istəmirdi.
“Ancaq bir il bundan əvvəl Ukrayna böhranı başladı. Putin ultramillətçilik yolu ilə qonşu ölkədəki münaqişəni qızışdırdı və bəyan etməyə başladı ki, Qərb bizi və bütün rus xalqını öz əsarətinə salmaq və Rusiyanın suverenliyini şübhə altına qoyaraq, onu məhv etmək fikrindədir. Ona görə də, “ey böyük rus xalqı, sən bizim ətrafımızda çox sıx birləşməlisən və biz zalım Qərb qarşısında duruş gətirmək üçün daha çox qurbanlar verməliyik””.

K.Makfarland hesab edir ki, Putinin taktikası işə yarayıb və nəticədə Rusiya prezidentinin populyarlıq reytinqi 50 %-dən indiki 80%-ə qədər yüksəlib. “Bu da onu göstərir ki, Putinin hərəkətləri rusiyalıların xoşuna gəlir. Deməli, əhali dövlətin əlindəki kütləvi informasiya vasitələrinin köməyi ilə lazımı qədər “yemləndirilib”. Elə bu səbəbdəndir ki, Rusiya əhalisi iqtisadiyyatın dağılmağa doğru getdiyi bir şəraitdə Putinin hərbi büdcəni artırmaq istəyinə çox sakitcə yanaşır. Sözsüz ki, əvvəl-axır Putin hədsiz ciddi problemlərlə üzləşəcək, çünki belə davam edəcəyi halda Rusiya iqtisadiyyatı yaxşılaşmayacaq. Əlbəttə ki, Putinə neft və qaz qiymətlərinin həmişə yüksəkdə dayanması gərəkdir. Hakimiyyətdə qalmaq naminə Rusiya prezidenti anti-Amerika siyasətini getdikcə gücləndirəcək. Nəhayət, bir il yarım və ya iki ildən sonra Rusiya iqtisadiyyatı tam çökəcək və onda bu hadisə Putinin taleyini həll edə bilər. Ancaq indi o, yaralanmış çox təhlükəli ayıdır.”

Bəs müharibə ehtimalı varmı? Ekspert hesab edir ki, bu ehtimal azdır: “Putin anlayır ki, NATO və Qərb onunla silahlı münaqişəyə girmək istəmir. Qərb ona cavab vermək fikrində deyil. Ona görə də, Moskva Ukraynada qəribə müharibəyə girişib. Hal-hazırda Vladimir Putin Rusiyanın xüsusi təyinatlı hərbi dəstələrini qonşu ölkəyə göndərir və onlar da oradakı etnik ruslarla birləşərək xoşagəlməz vəziyyət yaradırlar. Yaradılmış bu silahlı dəstələr Rusiyanın rəsmi nizami ordusu deyil. Lakin buna baxmayaraq, hər necə olsa da, onların hərəkətləri siyasi stabilliyi pozur. Putin indiki sxem üzrə göstərdiyi fəaliyyətini bundan sonra da davam etdirəcək. Qərb isə buna necə reaksiya verəcəyini tam olaraq bilmir. Ona görə ki, bu, birbaşa hərbi müdaxilə sayılmır."

Azpolitika


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam