Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Alı Alıyev səyyar qəbul-görüş keçirdi


 

"Xeberinfo.com":  Füzuli rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev əhalinin problemlərinin yerində öyrənilməsi, həll edilməsi məqsədilə mütəmadi olaraq vətəndaşlarla görüşür, onların təklif və qayğılarını həll edir. Alı Alıyevin növbəti səyyar qəbul-görüşü aprelin 3-də düşmənlə təmas xəttinin bir neçə yüz metrliyində yerləşən Qazaxlar və Mirzənağılı kəndlərində bu gün isə Əhmədalılar kəndində keçirilmişdir.

Görüşdə rayonun idarə, müəssisə və hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak etmişdir.

Səyyar qəbulda çıxış edən Alı Alıyev bu cür görüşlərin ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə mütamadi keçirildiyini bildirmişdir.

Alı Alıyev demişdir ki, vətəndaşların müraciətlərinə baxılmasında əsas prinsip qaldırılmış problemlərin yaranma səbəblərinin, bu sahədə nəzərəçarpan nöqsanların dərhal aradan qaldırılması, aşkarlığın və obyektivliyin, ən başlıcası isə insana qayğının təmin edilməsidir. Vətəndaşların müraciətləri təkcə onların problemlərinin həllinə deyil, eyni zamanda ölkənin inkişafına təkan verən əsas amillərdən biri  olduğunu vurğulayan  Alı Alıyev Prezident cənab İlham Əliyevin vətəndaş müraciətlərinə həssas münasibət göstərmək barədə tapşırıqlarının Füzuli rayonunda birmənalı olaraq diqqət mərkəzində saxlanıldığını qeyd etmişdir.

Alı Alıyev bildirmişdir ki, cəbhə xəttinin bir neçə yuz metrliyində yerləşən Qazaxlar, Mirzənağılı və Əhmədalılar kəndlərinin fasiləsiz işıq, su, qaz və yol ilə bağlı sosial qayğıları tam həll olunub, əhali məcburi köçkünlər üçün nəzərdə tutlan bütün imtiyazlardan istifadə edirlər. 

Qazaxlar və Mirzənağılı kəndlərində məktəb fəaliyyət göstərir, 2015-ci ildə uşaq bağçasının tikintisinə başlanacaq, Əhmədalılar kəndində isə məktəb, uşaq bağçası, xəstəxana, kitabxana, poçt məntəqəsi, mədəniyyət evi fəaliyyət göstərir. Hər üç kənddə  torpaq islahatı aparılıb, hər bir kənd sakini pay torpağı ilə təmin olunub.

Səyyar qəbulda rayonun xidmət təşkilatları rəhbərlərinin gördükləri işlərə dair hesabatları dinlənilib.

Rayon elektrik şəbəkəsi, Suvarma Sistemləri İdarəsi, Qaz İstismar Xidməti, Su-Kanal idarəsi və digər  xidmət təşkilatlarının rəhbərləri kənd sakinləri qarşısında hesabat veriblər.

Ayrı-ayrı sahələrə dair kənd sakinləri tərəfindən irəli sürülən müraciət, təklif və şikayətlər rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yerindəcə həll edilmiş, digərləri isə həll edilməsi üçün nəzarətə götürülmüşdür.

         Səyyar qəbul zamanı çıxış edən kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildirmişlər. 

 

Səyyar qəbul-görüşü yekunlaşdıran Alı Alıyev ölkə başçısının Füzuliyə və füzulililərə olan diqqət və qayğısından danışıb, rayonda görülməsi planlaşdırılan işlərdən bəhs edib.






Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam