Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ABŞ vitse-prezidenti: "Biz Türkiyəni tam dəstəkləyirik"


 

"Türk xalqının müttəfiqi olaraq, ABŞ-ın Türkiyəni tam dəstəklədiyini söyləmək istəyirəm".

Xeberinfo.com:  Bunu ABŞ-ın vitse-prezidenti Co Bayden Türkiyənin baş naziri Binəli Yıldırımla birgə keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, dövlət çevrilişi cəhdindən əvvəl olduğu kimi, ABŞ indi də Türkiyə xalqı ilə çiyin-çiyinədir: "Türk millətinin ABŞ-dan yaxşı dost yoxdur. Biz ortaq dəyərlərimiz və ortaq etibarımız üçün birlikdəyik".

C.Bayden Fətullahçı Terror Təşkilatının (FETÖ) başçısı Fətullah Gülənlə bağlı məsələni birlikdə araşdırdıqlarını, onun Türkiyəyə ekstradisiyasına isə məhkəmənin baxacağını söyləyib: "Bunun üçün bütün dəlillər və məlumatlar ABŞ məhkəmələrinə təqdim edilməlidir. Ədliyyə belə fəaliyyət göstərir.

Türk millətinin narahatlığını anlayıram. Ancaq prosesin davam edəcəyinə də şübhəniz olmasın. Türkiyə hökuməti ilə əməkdaşlıq edəcəyik. Heç bir ölkə bu məsələlərə belə dözümlü yanaşa bilməz".

Co Bayden bildirib ki, ABŞ Türkiyədəki dövlət çevrilişi cəhdini dəstəkləmir və çevrilişə hazırlıqla bağlı informasiyaya malik olmayıb. O, dövlət çevrlişindən ABŞ-ın əvvəldən məlumatlı olması haqda yayılan xəbərləri təkzib edib. Vitse-prezident dövlət çevirilişinə cəhdi "qorxaq akt" adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam