Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“TANAP bizim müştərək layihəmizdir”

 

“Bu gün Qarsda TANAPlayihəsinin təməli qoyulur.TANAP bizim müştərək layihəmizdir”. 

"Xeberinfo.com":   APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qarsda inşa edilmiş Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyinin açılış mərasimində deyib.
Prezident İlham Əliyev bildirib ki, 3 il əvvəl İstanbulda TANAP layihəsi ilə bağlı sənəd imzalanıb: “Biz bu gün artıq bu layihənin təməli qoyuruq. Enerji sahəsində Türkiyə-Azərbaycan-Gürcüstan birliyi artıq tam yeni mənzərə ortaya qoyur. Bizim həyata keçirdiyimiz birgə enerji layihələri xalqlarımız üçün yeni imkanlar, iş yerləri yaradır, siyasi və iqtisadi gücümüzü artırır”.
Dövlət başçısı Azərbaycanın Türkiyəyə sərmayələr qoymağa başladığını qeyd edib:“SOCAR Türkiyəyə 20 milyard dollar dəyərində sərmayə qoymağa başlayıb, önəmli enerji layihələrinin həyata keçirilməsinə başlanacaq. SOCAR Türkiyənin təhsil sahəsinə də sərmayə qoymağa başlayıb, Qars, Ankara, Kocaeli, Ceyhan və Əliağada 5 lisey və məktəb tikilib. Təhsil sahəsinə qoyulan sərmayə gələcəyimizə qoyulan sərmayədir. Hər bir ölkənin uğurlu inkişafını şərtləndirən onun təhsilinin, elminin səviyyəsidir. Çalışmalıyıq ki, həm Türkiyədə, həm Azərbaycanda təhsili bundan sonra da inkişaf etdirək, gənclərimiz bilikli, savadlı olsunlar. Bu gün dünyada bilik, savad hər şeyi həll edir, texnoloji inkişafı şərtləndirir. Təhsilinin səviyyəsi yüksək olan ölkələr gələcəkdə inkişaf edəcək”.
Prezident qeyd edib ki, Azərbaycanda da təhsil sahəsi prioritetdir. Onun sözlərinə görə, son 11 ildə Azərbaycanda 3 minə yaxın məktəb tikilib, təmir edilib, gənclər üçün gözəl imkanlar yaradılıb: “Heydər Əliyev Peşə və Texniki Anadolu Liseyində peşə sahibləri oxuyacaq. Daha sonra bu peşə sahibləri Türkiyə və Azərbaycan maraqlarını qoruyacaqlar. Bura artıq Türkiyə-Azərbaycan dostluq, qardaşlıq mərkəzidir. Belə bir məktəbin açılması bizim hamımızı ürəkdən sevindirir”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam