RESPUBLİKANIN MALİYYƏSİ BAZARLAŞIB: TƏFSİLAT
Xalqımızın deyimlərindən: “Yazda düşünən qışda üşüməz və yaxud “Yeri aran olanın çörəyi QURAN olar.”
Xeberinfo.com: İstehsalın İdarə edilməsində bir sıra direktor və rəislərlə işləmişəm. Həmin şəxslərdən ən cox diqqətimi cəlb edənlər “AZƏRQUŞSƏNAYE” İstehsalat Birlyinin rəisi Mehdi Məmməd o. Mmmədov və “BAKI ASBEST SEMENT KİRƏMİD MƏMULATI KOMBİNATI”nın baş direktoru Qurban Camal o. olub. Bu insanlar qeyd olunan son vəzifələrinə kimi əvvəllər ali vəzifələrdə işləmişlər. Onların uzaq görənliyi, yüksək səviyyədə idarəetmə keyfiyyətləri gözə gəldiyi səbəbindən ali vəzifələrindən uzaqlaşdırılmışlar.Toplantılar və yığıncaqlarda onların nitq, aprıcılıq mədəniyyətləri ilə yanaşı diktorluq keyfiyyətləri də üzə çıxırdı.
M.M.Məmmədov rəisliyi müddətində istehsalda həlli mürəkkəb olan olan məslələrdə özü Moskvaya üz tutur, fürsət əlinə keçəndə SSRİ məkanından kənar xariclə əlaqə yaradırdı.
Təsərrüfatlarda kadra ehtiyacı daxili mənbələr hasabına həyata keçirirdi. Kənardan kadr qəbul etmirdi. Bir dəfə belə oldu ki, respublikanın mərkəzi rayonlarının birindəki fabrikə baş mühasib təyin olunması məsələsi ortaya çıxdı. Həmin şəxsə aid materialları götürüb onun qəbulunda oldum. M.M.Məmmədov məlumatları dinləyəndən sonra dedi ki, fabriklərin özündə kifayət qədər ixtisaslı kadrlar var, onlardan birini seçib direktorun razılığı ilə tələb edən fabrikə göndərin.
Məsələlərin həllində operativlik və verdiyi əmrlərin yerinə yetirilməsində qətiyyətli-israrlı idi. Kadrların fabriklər daxilində yer dəyişməsinə imkan daxilində razılıq vermir, kadrın dayanıqlı fəaliyyət göstərməsinə üstünlük verirdi.
İndi nə Sovetlər birliyi, nə onun iri istehsal müəssisələri, nə də həmin şəxsiyyətlər var. Hamısı dünyadan köçüblər, xəyallarda yaşayırlar.
Bütün bu sadaladıqlarımla ali dövlət strukturlarının idarə etmə üsulları ilə bölgələrdəki yerli idarə idarə etmə orqanlarının fəaliyyətlərini eyniləşdirmək fikrində deyiləm.
İndi Müstəqil Dövlətimiz var. Onun maliyyəsini idarə edən və həmin sahədə çalışan E.Rüstəmov, S.Şərifov F.Məmmədov, S. Müslümov, siyasətçisi-internet saytlarının bəzəyi S. Novruzov kimi elm sahibləri, Araz Əlizadə kimi də müxalifəti var.Tanrı bu kimilərini cəmiyyətə çox görməsin.
Keçmiş Sovetlər birliyinin dövlət quruculuğundan müsbət cəhətləri yox, bizdə mənfiləri kök atıb. Gücüstandan başqa qalan müstəqil dövlətlərdə kürsü sahibləri vəzifələrini əbədiləşdiriblər. İnkişaf etmiş qərb ölkəklərinin bir strukturunda ciddi qüsur aşkarlanan kimi həmin dairə yerli-dibli istefa verir. Bizdə isə nazir var ki, ali dairəyə “xox” gələrək yerini daha da möhkəmləndirir. Qısası yuxarı dairədə idarə edənlərin hamısı özlərini Allahın yer üzündə canişini (müavini) hesab edirlər.
*
Vəzifələrin əbədiləşdirilməsi ona gətirib çıxarır ki, “İş adamları ölkədən qaçır”, ”Ölkədən çıxarılan dollarlar daşınmaz əmlaka çevrilir”, qanunlar işləmir, vəsait ölkədən xaricə daşınır. “Xeberinfo.com” (08.01.2016-cı il): “Azərbacanda sahibkarlıq fəaliyyətilə məşğul olanlar Vergidən, İcra hakimiyyətindən, MTN-dən və digər qurumlardan gələn “qonaqlar”ı qarşılamalıdır. Yəni qeyri-rəsmi ödənişlər etməlisən. Ölkədə qanun işləmədiyinə, müstəqil məhkəmə olmadığına görə, haqqını bərpa etmək ehtimalı yoxdur”.
“Bunu edənlər o nakəslərdir ki, Azarbaycan xalqına, onun hökumətinə xəyanət etmişlər.
“Xeberinfo.com” (09.01.2016-cı il): “Türkiyənin Statistika Komitəsinin məlumatına görə ötən il Azərbaycan vətəndaşları bu ölkədən 733 mənzil alıb.Mənbə ehtimal edir ki, təkcə ötən il manatın ilk devalvasiyasından sonra Azərbaycandan təkcə Türkiyəyə axan kapitalın həcmi 1.5-2.0 milyard dollara yaxındır”.
“Xeberinfo.com” (14.02.2016-cı il): “Azərbaycanlılar Latviyadan da daşınmaz əmlaklar alırlar”.
*
Azadlıq.info-dan (12.01.2016-cı il) verilən məlumata görə ölkədən xaricə 2004-2013- illər ərzində 147.3 milyard dollar həcmində kapital çıxarılmışdır. Mən əvvəllər belə məlumatlara inanmırdım. Ancaq Azərbaycan Beynəlxalq Bankı tam buxarlanandan sonra inanmamağa bir yer qalmadı.
*
Rüşvətxorluq Respublikanı bit kimi yeyir, zəli kimi sorur. O həftə olmaz ki, rüşvətxorluğa və maliyyə saxtakarlığına qarşı vəzifəli dövlət məmuru olan şəxs həbs olunmasın. “Xeberinfo.com” saytında (16.02.2016-cı il) “170 min dollarlıq rüşvət qalmaqalı” üzrə məlumatverilmişdir. Özü də harada? Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi iri bir qurumda. Qadın olasan, məsuliyyətindən qorxmayasan, adın da bu məbləğlə rüşvətdə hallana. Dəhşətdir. Aparat rəhbəri Səfər İmanov da yoxa çıxıb. El arasında bu kimilərinə moşennik, yaxud sıpa irtməyi qopardan deyirlər. Bu kimi yaramazlıqlara qarşı həbslər aparılsa da rüşvətxorluğun kökü kəsilmir. Bəs niyə kəsilmir?! Ona görə ki, rüşvət alan özü vəzifəni almaq üçün özündən yuxarı təşkilat rəhbərinə küllü məbləğdə rüşvət verib.
*
Çıxışlarımda qeyd etmişəm ki; İdarə etmədə xüsisi maraqlara xidmət edən paralel və pilləli rəhbərliklər, ictimai təminat xarakteri daşıyan dövlət strukturları, əmək haqqı və taqaüd ödənişində əhalini iki təbəqəyə bölən “Dövlət qulluçusu” qanunu, xəzinədarlıq orqanları ləğv edilsin. Sovetlər birliyi dönəmində həmin qanun və xəzinədarlıq yox idi, iş getmirdi ???...
*
“Xeberinfo.com” (08.01.2016-cı il): “Nazirlər Kabineti buraxılıb yeni böhran hökuməti qurulmalıdr”.
“Xeberinfo.com” (10.01.2016-cı il) : “İqtisadçı Qubad İbadoğlu qeyd edir: Sizcə, 20 ildən çox ölkə hökumətinə başçılıq edən, müşavirələrdə yuxarı başda əyləşən 81 yaşlı baş nazir və 76 yaşlı baş nazirin müavini ilə Azərbaycan iqtisadiyyatında islahat aparmaq olarmı?”.
*
Hakimiyyət yerdən deyilənləri eşitmədiyi, əlinə keçən vəsaiti bahalı layihələrə xərclədiyi, ”oliqarx” deyilənlər dövlətdən mənimsədikləri milyard dollarla vəsaiti ofşor hesablarda gizlətdikləri və xaricdə əmlaka çevirdikləri, nəhayət hakimiyyətin “Açma qapını oğruya, nə də başın ağrıya” xalq deyiminə məhəl qoymadığı səbəbindən bu gün iqtisadi-maliyyə böhranı ilə qarşılaşmışdır.
*
Hörmətli yazarlar və təklif verənlər! Hakimiyyəti sağdan, soldan və mümkün bütün istiqamətlərdən tənqid etməklə iqtisadi vəziyyət düzəlməyəcək. Heç bir xeyri olmyan tənqid də heç kimə lazım deyildir. Respublikanı idarə edən iri səlahiyyət sahibləri və əllərinə fürsət düşənlər müalicəsi mümkünsüz olan mərəzə tutulublar. Milyardlarla dollar həcmində vəsaiti olub Azərbaycan Beynəlxalq Bankını “buxarlandıran” hakimiyyətin ən yaxşı yolu Respublikanın Prezidentindən başqa qalanı tam tərkibdə İSTEFA verməsidir.
Quliyev Elxan Sarı o. 18.02.2016-cı il.