“...qoy sizin hakimiyyət bilsin ki, ...”
Xeberinfo.com: Haqq-ədaləti müdafiə etmək və yaxşını pisdən ayırmaq üçün hüquq elmini dərindən bilmək lazımdır.İmkanım dairəsində mətbuatda və saytlarda çıxış edən hüquqşünaslara diqqət yetirirəm.Diqqətimi cəlb edən hquqşünaslar general Vidadi Mirkamalov,İlyas İsmayılov və Aslan İsmayılovdur.Çox təəssüf ki, adı var, özü yox olub heç bir siyasi fəaliyyəti olmayan AMİP deyilən oyuncaq partiyanın üzvü Əli Orucov kimisi dərin siyasi-hüquqiaraşdırma aparmadan “Aslan İsmayılov Rusiya xüsusi xidmət orqanlarına bağlıdır”,- deyərək A.İsmayılovu təhqir edib və(“Xeberinfo.com” 05.01.2017-ci il) səviyyəsiz çıxışıilə hüquq elmindən kal olduğunu oxuculara bəyan edibdir.
Aslan İsmayılovun “MTN-ə qarşı ağır ittihamlar-Yarım hamiləlik olmur” (“Xeberinfo.com” 02.11.2015-ci il), “Azərbaycanda kriminal idarə etmə sistemi var”(“Xeberinfo.com” 23.11.2016-cı il”) və “Politika.az”da onun “Məni öldürəcəklər”, “Ermənini məmnuniyyətlə müdafiə edərəm” (05.01.2017-ci il) kimi çıxışlarını diqqətlə oxumuşam.Heç şübhə yoxdur ki, səviyyəli hüquqşünasın müsahibəsi hər bir oxucu ilə yanaşı məndə də maraq oyadıbdır.Onun sonuncu çıxışında mənə maraqlı gələn iki hal vardır.
Birinci halı aydınlaşdırmaq üçün onun çıxışının bir abzasını olduğu kimi verirəm: “Deməli,çıxdığım məhkəmə prosesində tanıdığım bir vəkil bu ilin (2016-cı il-E.S.) may ayında mənə zəng edərək çox nüfuzlu iş adamını qəbul edib bacardığım köməkliyi göstərməyimi xahiş etdi. Az sonra Bakıda “Emre Piliç Gida Sanayı ve Ticaret Limited Şirkəti”nin sahiblərindən biri Ömür Oralla görüşdük. Məlum oldu ki, sahibi olduğu şirkətdən “Siyəzən Broyler” ASC-yə göndərdiyi yumurtaların əvəzi olaraq 1 milyon 600 minə yaxın ABŞ dollarını ala bilmir.Təxminən 3 ay sənədlərlə tanış olduqdan sonraSumqayıt inzibati-iqtisad məhkəməsində “Siyəzən Broyler” ASC-yə qarşı iddia qaldırdım. Sonra bir nəfər mənlə görüşüb “Siyəzən Broyler”ASC rəhbərliyi tərəfindən göndərildiyini dedi.Bildirdi ki,şirkətin heç bir borcu yoxdur. Sonra bəlli oldu ki, “Siyəzən Broyler”ASC-nin “ Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirkəti”nə 3 milyon 800 min ABŞ dolları civarında borcu olub və borc son sentinə qədər özünü türk şirkətinin nümayəndəsi kimi təqdim edən Mürvət Həsənov (“Xəmsə” nin sahibi-red) adlı şəxsə ödənilib”.
“Poltika.az”a (08.01.2017-ci il) müsahibə verən Mürvət Həsənov: “Aslan İsmayılov sosial şəbəkələr və mətbuat vasitəsilə mənə təzyiq etməyə çalışır ki,mən bu işdən geri çəkilim və Ömürün istədiyi pulu verim. Bir dəfə də soruşmur ki,mən Ömür Oraldan nə istəyirəm. Məhkəmədə iddiamızda biz Ömür Oraldan 4.8 milyon pul istəyirik. O da almadığımız yumurtaya görə bizdən 1.3 milyon istəyir.”
Rəqəmlərdən göründüyü kimi ödənilməyəm məbləğ 1 milyon 600 min və yaxud 1.3 milyon ABŞ dollarıdır.Bu məbləği ödəmək istəməyən “Syəzən Broyler” ASC-nin sahibləri erməni məsələsini Aslan İsmayılova irad tutmuşlar. Erməni məsələsi də ondan irəli gəlmişdir ki,”Emre Piliç Gida Sanayi ve Ticaret Limited Şirkəti”ndə Türkiyə vətəndaşı oluberməni millətindən olanın az da olsa payı var. Aslan İsmayılov isə ermənini yox, türk şirkətini və onun əsas sahibkarı olan Ömür Oralı müdafiə etmişdir.Göründüyü kimi A.İsmayılov hüquqi qaydalara düzgün əməl etmişdir.“Siyəzən Broyler” ASC–nin sahibkarlarının A.İsmayılova ləkə atmalarının əsas səbəbi odur ki, bunların söykəndikləri şəxslərin kəndirlərinin bir ucu gedib yuxarılarda kimlərəsə bağlanır. “Siyəzən Broyler” ASC-nin əməkdaşları oxuculara məlum olmayan təhlükələrdən qurtulmaq ücün A.İsmayılovu ləkələməyə çalışırlar. Bu istək baş tutacaq, yaxud tutmayacaq? Əlbətdə son sözü ədalət məhkəməsi deyəcək.
Aslan İsmayılovun kimliyini müəyyən etmək üçün onun çıxışının sonuna nəzər yetirək. O. deyir:”2005-ci ildə Prezident İlham Əliyevlə görüşəndən sonra oliqarxlar, nazirlər, deputatlar çalışdılar ki,mənlə kontakt yaradalar.Müəyyən təkliflər gəlməyə başladı. Qonaqlıqlar, yeyib içməklər... Amma onların təkliflərinin heç birini qəbul etmədim. Buna çox təəccübləndilər. Hər dəfə soruşdular ki, bəs niyə belə edirsən? Axırda dedim ki, qoy sizin hakimiyyət bilsin ki, belə bir kişi var idi, onu pulla ala bilmədiniz...”
İkinci hal haqqında.Türkiyə və Azərbaycanın quşçuluq məhsullarının alış-satışı üzrə iş adamlarınınbir-birilərini ittiham etmələri onumu göstərir ki,Azərbaycanda sənaye və damazlıq təyinatlı yumurta istehsal edən quşçuluq fabriki yoxdur və olmamışdır?
Gəlin bu sahədə tarixi faktlara müraciət edək. Mənim əməyimin, zəhmətimin 23 ili Azərbaycanımızda damazlıq və sənaye təyinatlı yumurta istehsal edən “AZƏRQUŞSƏNYE” dövlət şirkətinin mərkəzi aparatına və onu quşçuluq fabriklərinin əzmkar fəaliyyətinə bağlıdır.Azərbaycanda quşçuluğun inkişafı Mehdi Məmmədo.Məmmədovun adı ilə şöhrət qazanmışdır. Müharibə iştirakçısı, Ali Partiya Məktəbinin məzunu, Azərbaycan KP MK-nın şöbə müdiri, iqtisad elmləri namizədi M.M.Məmmədov Respublika hökumətinin qərarı ilə 27 may1981-ci il tarixdə yeni yaradılan Azərbaycan SSR Nazirlər Kabineti yanında müstəqil Baş quşçuluq sənayesi idarəsinə rəis vəzifəsinə təyin edilmişdi.M.M.Məmmədovun əməyinin bəhrəsiydi ki, SSRİ və Macarıstan hökumətləri ilə sıx əlaqə saxlanılıb SSRİ-nin sayılıb seçilən, Qafqazda və Yaxın Orta Şərqdə analoqu olmayan 111 milyon dollar dəyərində olan əsas fondlara malik, 1,3 min nəfər işçisi və tam həcmdə istehsal obyektləri ilə yanaşı ictimai-sosial obyektləri özündə birləşdirən Siyəzən Broyler Quşçuluq fabriki inşa edilib xalqımızın istifadəsinə verilmışdi. 27.05.1981-ci il tarixdən 05.01.1989-cu il tarixə kimi 7 il 7 ay 9 gün rəis vəzifəsində işlədiyi “AZƏRQUŞSƏNAYE”İstehsalat Birliyində1və 2 saylı Yeni Bakı broyler fabrikləri (65 milyon dollar). Dəvəçi broyler fabriki (18 milyon dollar) və bir sıra xüsusi təyinatlı damazlıq təsərrüfatları da (29 milyon dollar) qoyulan vaxtda inşa edilib istismara buraxılmışdı.
Lakin 1985-ci ildən başlayarq Rüspublikanın Ali hakimiyyəti M.M.Məmmədovun istehsalatı idaretmə keyfiyyətini görmək istəmirdi.Nəhayət Azərbaycan SSR Nazirlər Kabinetinin 31 say 22 yanvar 1986-cı il tarixli qrarı ilə Baş Quşçuluq Sənayesi idarəsi 121 say 14 aprel 1986-cı il tarixdən respublikada yaradılmış Azərbaycan SSR Dövlət Aqrar Sənaye Komitəsinin tərkibində olmaqla “AZƏRQUŞSƏNAYE” İstehsalat Birliyi adlandırıldı.
M.M.Məmmədovun vəzifəsindən kənarlaşdırılmasını səbrsizliklə gözləyən mənsəbpərəstlər rahat ola bilmirdilər.Axır ki, KOMMUNİST qəzetinin 06 fevral 1988-ci il tarix 31-ci sayında iri hərflərlə yazılmış AZƏRBAYCAN KP MƏRKƏZİ KOMİTƏSİNDƏ yazısı ilə “Azərbaycan KP MK Azərbaycan SSR Dövlət Aqrosənaye Komitəsi Azərquşsənaye Respublika birliyininfəaliyyətində ciddi nöqsanlar haqqında qərar qəbul etmişdir” yarım başlığında M.M.Məmmədovun kollektivlə birlikdə 7 il 7 ayda çəkdikləri zəhməti unudaraq,cümləpəzdarlıqla məşğul olub sayaqlamalar düzmüşdülər.Bu qərarı yazdıran və yazanlar ittifaqın dağıldığını görməyib vəzifə üstündə didişirdilər.
Onlardan cüzamil, gəmbər,arvad tərəfdən ermənilərlə qohum olanlar, qərb tərəfdə ermənilərlə birgə yaşayıb onlardan tərbiyə alanlar ali hakimiyyətə sahib olmağa səy göstərir və imkan varkən quşçuluq fabriklərindəki milyon rubl material ehtiyatlarına, 12 milyon baş olan quşlara sahib olmağa çalışırdılar. Bunlar elə başa düşürdülər ki, 37 min ton ət və 361 milyon ədəddən çox yumurta istehsalı havadan dolu kimi tökülüb.
Aqrar yox Ağlarsənaye Komitəsininsədri araq-çaxır istehsalçısı Müzamil Abdullayev 06 say 05.01.1989-cu tarixli əmri ilə M.M.Məmmədovu təqaüdə göndərmək adıyla vəzifəsindən azdad edib, rəis vəzifəsinə 1969-cu ildə MK-dan mundar əməllərinə görə vəzifəsindən it kimi qovulan Qəmbər Kazımovu “AZƏRQUŞSƏNAYE” İistesalat Birlyinə rəis vəzifəsinə təyin etdi.Bir ildən sonra da kollektiv onu vəzifəsindən qovdurdu.
Ata-Ana qayğısından məhrum oldu körpəlikdən,
Dünyasının bəlasından zülmü gördü gəncliyindən,
Şöhrətləndi öz fəhmindən, diqqət çəkdi zəhmətindən,
Cəngə çıxdı on beş yaşdan, zədə aldı döyüşlərdən,
Fateh kimi ad qazandı, dərrakəli Mehdi kişi.
Milyard dollar vəsaiti qoyub getdi vəzifədən,
Dada çatdı itməz irsi, faktlar çıxdı mühasibdən,
Etalondu təcrübəsi, hesabdakı rəqəmlərdən,
Tər-təzədi irsi-dərsi, silinməzdi diqqətlərdən,
Səviyyədə Harri idi uzaq görən müdrik kişi.
Qeyd: Harri Trumen maliyyəni əla bilib ixsasca mühasib olan sabiq ABŞ prezidenti. Maliyyənin idarə edilməsini əla bilməsi Harriyə dünya şöhrətigətirmişdi.
“AZƏRQUŞSƏNAYE”İB Sovetlər birlyi dövründə bütün respublikanı quş əti və yumurtası ilə tam təchiz və Orta Asiya respublikalarına damazlıq yumurta ixrac etyi halda Müstəqil Respublkamızda “fəaliyyət” göstərən “Siyəzən Broyler” ASC Böyük Orta Şərqdən damazlıq yumurta idxal edir. Göz dəyməsin belə idarə etməyə.He,he,he...
Nəticə-Qoy bizim hakimiyyətdə əyləşənlər bilsinlərki, xarici siyasəti yetərincə olan mən inandığım İlham Heydəroğlu və Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev kimi elit nəfərləriərsəyə gəlib dövlətin ali aparatlarındamöhkəm olaraq yerlərini tuta biliblərsə,istehsalın-maliyyənin idarə edilməsi təşkilindəmərhumMehdi Məmməd o. Məmmədovu təkrarlayanlar və millət vəkili Vahid Əhmədova bənzər kdarlarəsaslı-iri postlara irəli çəkilərsə, aparıcı dövlətlərdə tanınan, dərin təfəkkür sahibi,siyasi məslələrin həllindən baş açan Cəmil Həsənli kimi şəxsiyyətin dövlət aparatında yerini tutarsa, nəhayət hüquq elmi sahəsində kifayət qədər bilgiləri olanlar- İlyas İsmayılov və Aslan İsmayılov kimi insanlardan hüquq-mühafizə orqanlarında istifadə edilərsə dövlətimizsürətlə inkişaf edib müstəqilliyi də əbədi və möhkəm olar.
Bütün bunlarla yanaşı neft istehsalı sahəsində fərsiz rəhbərliyi idarəetmə vərdiş və keyfiyytlərindən tam kasıb olub dənizdə çalışan neftçiləri dalğa tufanlararına qurban verən iri post sahibləri, pensiya və əmək haqqlarının aylıq yayayış xərclərini ödəmədiyi halda dövlətin öz istehsalı olan enerji daşıyıcılarının qiymətlərini 57 % - 100% həcmdə artıranlar və əhaliyə kasıb-pis yaşamağı təlqin edənlər vəzifələrindən sorğu-sualsız kənarlaşdırılmalıdırlar.
Sahibkar Mürvət Həsənov, çıxışımın sonu olaraq Sizə deyəcəyimi iki-üç cümləylə bitirmək istəyirəm. Nə Sizi, nə Aslan İsmayılovu görməmişəm, nə də bir bölgədən deyilik.Eyni məsələ üzrə hər ikinizin verdiyiniz müsahibələr ziddiyət təşkil edir. Hər küçədən keçən məsuliyyətsizin dilindən eşitdiyiniz sayaqlamalar ilə Aslanİsmayılovun tərcümeyi -halını sadalamaq yox, xalqın qayğısına qalmaq, dəyərli,əhali tərəfindən sevilən quşçu və sahibkar olmaq üçün yuxarıda qeyd etdiklərim kimi iqtisad elmləri namizədi Mehdi Məmməd o.Məmmədov sıviyyədə yaradıcı ziyalı olmaq lazımdır. Siz bir sahibkar kimi işinizi elə qurmalısınız ki, əqli əməyiniz və vaxtınız məhkəmə çəkişmələrinə cəlb olunmasın.
Quliyev Elxan Sarı o.