Redaktor seçimi
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Anar Əlizadəyə Serbiya pasportu nədən verildi - Adı rusiyalı casuslar, müharibə oliqarxları ilə birgə hallanan milyonçu kimdir?/
Saleh Məmmədov dərhal həbs olunmalıdır,... PKK terror təşkilatının missioneridir -
Günün xəbəri

Eldar Sabiroğlu:"Oğlumla əqidəcə yollarımız ayrıldı"

-29283

Tanınmış YAP-çı, Müdafiə Nazirliyi mətbuat xidmətinin keçmiş rəisi Eldar Sabiroğlu bugünlərdə prokurorluq orqanlarından istefa verərək, müxalifət sıralarına keçdiyini bəyan edən oğlu ilə bağlı yeni açıqlama verib.

Xeberinfo.com:   Məlumata görə, o, bildirib ki, oğlu ilə yolları ayrılıb – zaman ata ilə oğulu üz-üzə qoyub.

E.Sabiroğlu “AzPolitika”ya təqdim etdiyi yazılı açıqlamasında deyir:

“Bütün hallarda ağır bir işdir. Lakin bu, ata-oğul münasibətləri anlamında başa düşülməməlidir, o, bu gün də mənim övladımdır, özü də çox istəkli övladımdır. Həyatım ona qurbandır! Onun dünyagörüşü, zəngin biliyi, yüksək mədəniyyəti, intellekti, rəhmdilliyi, haqsızlığa dözümsüzlüyü ilə fəxr edirdim. İndi də bu məhəbbətim, oğluma olan arzularım sonsuzdur. O, mənim işığımı yandıracaq, ocağımı alovlandıracaq yeganə oğuldur. Allah qıymasın!

Artıq olan olub, keçən keçib. Rüfət gərək elə etməyəydi. Axı eyni əqidənin sahibi idik. Birdən-birə nə baş verir, mənim üçün anlaşılmazdır. Ancaq haqq budur ki, artıq o, yolunu dəyişdi – başqa istiqamət götürdü. Beləliklə, əqidəcə yollarımız ayrıldı.Özünün bəyan etdiyi kimi. Bundan sonra o başqa bir yolla, mən isə 20-25 il bağlı olduğum və zaman-zaman ədalətsizliklərə məruz qalsam da, peşimançılığını çəkmədiyim Heydər Əliyev yolu ilə getməyə davam edəcəm. Rüfətlə siyasi baxışlarımızın tam dəyişdiyi qənaətindəyəm. Kaş ki, belə olmayaydı. Amma zaman ata ilə balanı üz-üzə qoydu. Bundan ağır, bundan dəhşətli bir şey təsəvvür etmək çətindir. Heç kimə də belə bir həyat arzulamıram.
Rüfət yetkin insandır, onun siyasi seçimi ilə bağlı KİV-in özü ilə əlaqə saxlamalarını xahiş edərdim. Bir ata kimi indiyəcən nə fikirlərim, məsləhətlərim var idi, hamısını mətbuatda bölüşdüm. Sizlərin məni düzgün başa düşmənizi rica edərdim”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam