Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Bakı Apelyasiya Məhkəməsi "Mur-Ay"la bağlı qərarı dəyişmədi


 

       Qalib Məmmədbəyli: “Məhkəmədə sənin heç bir günahın yoxdur, bu gün-sabah buraxacağıq dedilər, sonda 10 il iş verdilər”

 

        xeberinfo.com: Bakı Apelyasiya Məhkəməsində fevralın 27-də “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov, “Azərbaycan” nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli, “Mur-Ay”ın sədr müavini Bəybala Sultanov, orada mühasib vəzifəsində işləyən Novruz Muxtarov, Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, satış üzrə menecer Şəhriyar Ağayev və Seyfəddin Səfərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəməsi davam edib.

Məhkəmədə öncə zərərçəkənlərin çıxışı dinlənilib.

     Mənzil almaq üçün 45 min 200 manat “Mur-Ay”a pul ödəyən Qarabağ veteranı İsa Tahirov məhkəmədən zərərçəkənlərin iddiasını təmin edilməsini, verdikləri pulun geri qaytarılmasını xahiş etdi. Sözügedən şirkətdən ev almaq üçün müraciət edən İsmayıl Qafarov (11 min 500 manat), Elmar Babayev (10 min 800), Gülbəniz Cəbrayılova (30 min 80 manat), Cavid Kərimov, Ənvər Zeynalov, Azər Vəliyev, Böyükağa Musayev, Vasif Kərimov, Vaqif Hacıyev və başqa zərərçəkənlər də pullarının geri qaytarılmasını tələb etdilər. 

   “Bizim bir tələbimiz var, pullarımız ödənilsin. Həbs olunan heç bir məhbusun içəridə qalmasını istəmirik. Pullarımızı ödəsinləri, onlar da sərbəst buraxılsın”, - deyə zərərçəkən İlham Alcanov çıxışında bildirdi.

Qalib Məmmədbəylinin vəkili çıxış edərək bildirdi ki, müdafiə etdiyi şəxs barəsində Bakı Ağır Cinayətlər Məhkəməsi əsassız və qanunsuz qərar çıxarıb: “Elxan Hüseynov istər Bakı Ağır Cinayətlər Məhkəməsində, istərsə də Apelyasiya Məhkəməsində Qalib Məmmədbəylinin heç bir günahı olmadığını bildirdi. İstintaq əsassız, qeyri-obyektiv iş aparıb. Heç bir zərərçəkən Qalib Məmmədbəyliyə pul vermədiyini, ondan mənzil almadığını deyib. Bakı Ağır Cinayətlər Məhkəməsinin verdiyi qərar sübuta yetirilmədiyi üçün Qalib Məmmədbəyli barəsində bəraət verilməsini məhkəmədən xahiş edirik”.

    Qalib Məmmədbəyli isə çıxışında 3 ildir şər-böhtanla həbsdə olduğunu bildirdi. Qeyd etdi ki, indiyə qədər heç bir zərərçəkən ona pul verdiyini məhkəmədə söyləməyib: “Mənim “Mur-Ay”la heç bir əlaqəm olmayıb. Nəşriyyatda işləmişəm, Elxan Hüseynov sənəd işləriylə bağlı yanıma gəlmişdi, ona kömək etdim. Sonra məndən işlərini görmək üçün pul istədi. Dediyi məbləği verdim. 200 min manta borcu qalmışdı. Pulu qaytara bilmədiyi üçün həbs olunmazdan öncə məhkəməyə vermişdim. Mənim onunla münasibət bu cür olub. Nə “Mur-Ay”a hər-hansı bağlılığım olub, nə də kimdənsə pul alıb ona mənzil verəcəyi vədini etmişəm. İndiyə qədər keçirilən bütün məhkəmə proseslərində bircə şahid, yaxud zərərçəkən deməyib ki, Qalib Məmmədbəyliyə pul vermişəm. Bu yoxdur, olsa belə bu dəqiqə həmin pulu ödəməyə hazıram. Ötən proseslərdə 500 min manat girov qoyub azadlığa çıxmaq üçün vəsatət qaldırdım. Mən azadlığa çıxsam “Şərur-İnşaat”a gedib camaata dəmiş ziyanı ödətdirəcəm. Günahım olmaya-olmaya məni həbsə salıblar. 1 il 3 ay müddətində nə istintaq getdi, nə də bir dəfə də olsun məni kimləsə üzləşdirdilər. İttiham aktında yazılıb ki, heç bir mülki iddia yoxdur. Mülki iddia yoxdursa buradakı zərərçəkənlər bəs kimdir? Niyə bu araşdırılmır? Nədən “Şərur-İnşaat” MTK-nın nümayəndəsi bura gəlmir? “Mur-Ay”-ın mülkiyyəti onlara verilib və müqaviləyə əsasən də bütün zərərçəkənlər haqqı ödənilməlidir. Niyə ödənilmir? Bakı Ağır Cinayətlər Məhkəməsində dedilər ki, sizin heç bir günahınız yoxdur. Bu gün-sabah buraxacağıq deyib, sonda 10 il iş verdilər”.

    Qalib Məmmədbəyli Elxan Hüseynovun “Banditizm”də onun üzünə qoymaq üçün işgəncə verildiyini söylədi: “Elxanı 7 gün “Banditizm”də döyüb mənim əleyhimə ifadə almaq istədilər. İstəyirdilər Elxan desin ki, Qalibə pul vermişəm. Ancaq o məndən pul aldığını söylədi. Prokurorla müstəntiq birləşib öz adamlarına ev verdilər. Başqa zərərçəkənlər mənzilsiz qaldı. Öncədən qurulmuş ssenariylə məni həbs etdilər. Bakı Ağır Cinayətlər Məhkəməsində əlimə Qurana basıb and içdim ki, əgər günahım varsa bu müqəddəs kitab məni zəlil etsin. Yox əgər günahım yoxdursa, şər-böhtana məruz qalmışamsa sizə qənim olsun. İndi də bunu deyirəm (Cibindan Quranı çıxarır-red). Günahım varsa, kimdənsə pul alıb mənzilin verməmişəmsə mənə, yox sifarişlə, yalandan hökm çıxaracaqsınız siz hakimə Quran qənim olsun”.

    Qalib Məmmədbəyli çıxışını yekunlaşdıran kimi məhkəmə müşavirəyə yollandı. Hamı məhkəmənin təxirə salınacağını gözlədiyi vaxtda heç 5 dəqiqə keçməmiş hakimlər müşavirədən qayıdıb hökm oxudular. Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarını qüvvədə qaldığını bəyan edən hakim dərhal zalı tərk etdi.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam