Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

“Mur-Ay”çılar yenidən məhkəmə qarşısında

 

 

"xeberinfo.com": Bakı Apelyasiya Məhkəməsində yanvarın 17-də “Mur-Ay” MMC-nin sədri Elxan Hüseynov, “Azərbaycan” nəşriyyatında direktor müavini vəzifəsində işləmiş Qalib Məmmədbəyli, “Mur-Ay”ın sədr müavini Bəybala Sultanov, orada mühasib vəzifəsində işləyən Novruz Muxtarov, Elxan Hüseynovun qeyri-rəsmi köməkçisi işləmiş Vaqif Söhbətov, satış üzrə menecer Şəhriyar Ağayev və Seyfəddin Səfərov barəsində çıxarılmış hökmdən apelyasiya şikayəti üzrə məhkəməsı başladı.

    Məhkəmə hökmü ilə Elxan Hüseynov 15, Qalib Məmmədbəyli 10, Bəybala Sultanov 13, Seyfəddin Səfərov 10, Şəhriyar Ağayev 11, Vaqif Söhbətov 12, Novruz Muxtarov 11 il müddətinə azadlıqdan məhrum ediliblər.

Məhkəmə prosesində tikintinin şirkətindən ev alıb, ancaq mənzilinə sahiblənə bilməyən zərərçəkənlər də iştirak edib. Məlumatlara görə, ümumilikdə iş üzrə zərərçəkmişlərin sayı 800 nəfərdən artıqdır.

    Prosesdə təqsirləndirləm şəxslərdən bir neçəsinin vəkili iştirak etmədiyi üçün hakim xəbərdarlıq etdi. Bildirdi ki, növbəti prosesə də qatılmasalar ya yeni vəkil tutmalıdırlar, ya da dövlət tərəfindən yeni vəkillə təmin olunacaqlar.

    Qalib Məmmədbəyli məhkəmənin təxirə salınmasına etiraz etdi: “Hörmətli hakim, üç ildir bura gəlib gedirik. Zərərçəkənlər üçün çətindir, hər dəfə bura gəlmək çətin olur. Mümkündürsə məhkəmə prosesi davam etsin”.

Hakim vəkillərin iştirakı olmadan prosesin davam edə bilməyəcəyini söylədi.

 

 

      Məhkəmə yanvarın 24 saat 15:00-a təxirə salındı.

 

A


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam