Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Ailəsi İŞİD-ə qoşulan şəxs generalla görüşdü

 

İki azyaşlı övladı ilə birlikdə Azərbaycanı qanunsuz şəkildə tərk edən Pərvanə Yusifova ilə bağlı məsələ Daxili İşlər Nazirliyinin nəzarətinə götürülüb.

Xeberinfo.com":   Məlumata görə, bu barədə AzNews.az-a P.Yusifovanın həyat yoldaşı İlqar Yusifov məlumat verib. Bildirib ki, onun ailəsinin ölkədən qanunsuz şəkildə çıxarılması ilə bağlı yazıAzNews.az-da dərc olunduqdan və bir neçə mətbuat orqanında tirajlandıqdan sonra DİN bu məsələyə reaksiya verib. İ.Yusifov nazirliyə çağırılıb və Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi, polis general-mayoru Emin Şəkinski ilə görüşüb.

Görüşdə generalın suallarını cavablandırıb. General məsələ ilə bağlı geniş araşdırılma başladılması ilə bağlı tapşırıqlar verib.

Qeyd edək ki, Bakı sakini İlqar Yusifov AzNews.az-a müraciət edərək ailəsinin qanunsuz şəkildə ölkəni tərk etdiyini bildirib. O, həyat yoldaşı Pərvanə və qızları Nəzrin və Lalənin Suriyaya aparıldığını deyib, bu işdə Milli Təhlükəsizlik Nazirliyini, Dazili İşlər nazirliyini və Dövlət Sərhəd Xidmətini günahlandırıb. 

Dövlət Sərhəd Xidməti də məsələ ilə açıqlama verərək araşdırma başladıldığını qeyd edib.

Milli Təhlükəsizlik Nazirliyi isə deyilənləri cəfəngiyyat adlandırıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam