Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Beynəlxalq Bankın Dubay filialının rəhbəri saxlanıldı

 

Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov «Bandotdel»ə aparılıb
“Cahangir Hacıyev işi” ilə bağlı həbslər davam edir.

"Xeberinfo.com":  Dünən daha bir nəfər DIN-in Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinə aparılıb. Bu, Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynovdur.
Redaksiyamıza daxil olan məlumata görə, Dubayda imiş. Onu Bakıya çağıraraq həbs ediblər.
Məlumat üçün deyək ki, Adil Hüseynov DIN-in keçmiş baş əməliyyat müvəkkili, adam oğurluğu və digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük azadlıqdan məhrum edilən Hacı Məmmədov tərəfindən qətlə yetirilən “Qara polkovnik” kimi Fətullah Hüseynovun oğludur.
Qeyd edək ki, iddialara görə, “oliqarx ovu”nun arxasında 6 milyard kredit vəsaitinin mənimsənilməsi dayanır. 2015-ci ilin mart ayına olan statistikaya görə, maliyyə-kredit təşkilatları hüquqi və fiziki şəxslərə 21 milyard manat məbləğində kredit ayırıb. Bu kreditlərdən 16 milyardı uzunmüddətlidir. Mütəxəssislərin bildirdiyinə görə, maliyyə-kredit təşkilatlarının əhaliyə ayırdığı kreditlərin həcmi ildən-ilə artır. 2014-cü ilin mart ayı ilə müqayisədə verilmiş kreditlərin sayı 32 faiz artıb. Bu da təxminən 7 milyard manata yaxın edir. Ölkə üzrə kredit portfelinin 60 faizinin Beynəlxalq Bankın payına düşdüyünü nəzərə alsaq “oliqarx ovu” ilə bağlı deyilənlərin əsassız olmadığını söyləmək olar. Azadlıq.info


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam