Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Ermənistanda anti-İsrail bumu:İrəvan-Tehran qardaşlığı “qaynayır”

Vaşinqton İsrailin dostu olan ölkəyə təzyiq, İsrailin düşməni olan ölkəyə yardım edir

Yenixeber.org: Ukrayna müharibəsində Moskvanın mövqelərinin zəiflədilməsi baxımından ən praktik addımlardan biri, Rusiya üçün nəyin bahasına olursa-olsun, bundan qaçdığı ikinci cəbhənin açılması hesab olunurdu. Bu barədə Ermənistan Respublika Partiyasının (ERP) icra orqanının üzvü Qaqik Minasyan öz “Facebook” səhifəsində yazıb.

“İsrailin ardıcıl təxribatçı addımları nəticəsində İranın hərbi münaqişəyə cəlb olunması ABŞ və kollektiv Qərb üçün yeni, ikinci cəbhə ola bilər ki, bu da onlar üçün Ukrayna cəbhəsinin əhəmiyyətini azaldacaq və Rusiyanın oradakı imkanlarını artıracaq. İranın əleyhdarları İran-İsrail hərbi münaqişəsini, ilk növbədə, İranda hakimiyyəti dəyişmək, ölkəni Rusiya və Çin arasında ittifaqdan qoparmaq yolu kimi qiymətləndirirlər. Onlar çətin ki, Tehranın hərbi əməliyyatlara tez bir zamanda son qoymaq təklifləri ilə razılaşsınlar. Müttəfiqi İranın siyasi oriyentasiyasının məcburi şəkildə dəyişdirilməsi Rusiya üçün tamamilə qəbuledilməz olmalıdır, çünki bu, Rusiya Federasiyasını Hind okeanı ilə İran vasitəsilə birləşdirən Şimal-Cənub dəhlizinin reallaşdırılması imkanlarını istisna edir”, - deyə Minasyan qeyd edib.

Bu, Ermənistanın üçüncü Prezidenti Serj Sarqsyanın rəhbərlik etdiyi ERP-dən olan siyasətçinin mövqeyidir. Əslində o, təkcə Ermənistanın deyil, İran və Rusiyanın maraqlarını müdafiə etmək mövqeyindən çıxış edir. Eyni zamanda qeyd etmək lazımdır ki, indiki Ermənistan hökuməti İsraillə İran arasındakı münaqişədə də anti-İsrail tərəfini tutub.

Belə ki, ötən həftə Ermənistan və Fələstin diplomatik əlaqələrin qurulmasına dair sənəd imzalayıb. Müvafiq kommünike Nyu-Yorkda xarici işlər naziri Ararat Mirzoyan ilə Fələstinin Baş naziri Məhəmməd Mustafa arasında keçirilən görüşdə imzalanıb. Burada İsrail və Azərbaycana “cavab vermək” cəhdinin olduğu açıq-aydın görünür. Ancaq bu, hamısı deyil.

Demək olar ki, bütün erməni KİV-ləri İsrail əleyhinə kəskin yazılar dərc edir. Xüsusilə “Armenian Report” çox bəlağətli başlıqlı “İsrailin bombalanmasına razıyam” məqaləsi dərc edib. Mətnin müəllifi İsrailin məruz qaldığı raket hücumlarına açıq şəkildə sevinir. Bütün məqalə sözün əsl mənasında bu alçaq erməni sevinci ilə doludur.

“Azərbaycan Artsaxın mülki əhalisini öldürəndə, etnik təmizləmə törədəndə, Ermənistan ərazisinə İsrail silahları ilə keçərkən Təl-Əviv Bakını dəstəklədi”, - deyə məqalənin müəllifi öz fantaziyasını işə salır.

O, “Artsax”ın olmadığını, yalnız Ermənistan tərəfindən müvəqqəti işğal olunmuş ərazilərimizin olduğunu və Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə ciddi şəkildə əməl etdiyini qəbul etmək istəmir. "Hazırda Bakı və Təl-Əvivdə qaynar başları soyutduğu üçün" müəllif İrana minnətdarlığını bildirir.

Məqalə müəllifi daha sonra SEPAH rəhbərinin siyasi məsələlər üzrə müavini Sərdar Yadollah Cavaninin sözlərindən sitat gətirir: “Zəngəzur dəhlizi və İsrailin Bakıdakı mövcudluğu ilə bağlı biz İnqilabın Ali Rəhbərinin göstərişlərinə əməl edirik və ölkənin milli maraqlarını qorumaq üçün bir an da tərəddüd etməyəcəyik”.

Bəli, İran Azərbaycanı təhdid etməkdə davam edir. Yalnız İsraildə deyil, ABŞ-da da hamının bunu görüb düzgün qiymətləndirəcəyinə ümid etmək qalır. Çünki İsrailin müttəfiqi olan Azərbaycan ABŞ-da daim tənqid olunduğu üçün doğrudan da paradoksal vəziyyət yaranır. İranla münasibətləri hər cür inkişaf etdirən Ermənistana ABŞ tərəfindən maliyyə, siyasi və hərbi baxımdan dəstək verilir...(AYNA)

Əkbər Həsənov

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam