Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Fransa Ermənistanın çirkin oyunlarına göz yumur -ANALİZ

 

Ukraynadakı müharibə Fransa Prezidenti Emmanuel Makronun Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışında yer ayırdığı məsələlər sırasında olub. Burada da Fransa prezidenti ikili standartlar və qərəzli mövqe ortaya qoyub. O, Rusiyaya silah, sursat və ehtiyat hissələrin verilməməsinə çağırış etsə də, Ermənistanın adını çəkməyib.

Yenixebe.org xəbər verir ki, Makronun çıxışındakı məqamlara diqqət yetirdikdə bəzi maraqlı nüanslar üzə çıxır.

Məsələn, prezident bildirib ki, beynəlxalq ictimaiyyətin ümumi maraqlarında Ukraynanın hüquqlarının bərpası və ədalətli, davamlı sülhün qurulması durur. “Fransa Ukraynanın ayaqda qalması, təhlükəsiz olması və ədalətə nail olması üçün əlindən gələni etməyə davam edəcək”, - deyən Makron əlavə edib ki, Ukraynaya müdafiəsi üçün lazım olan avadanlıqları təchiz etməyə davam edəcək.

O, müttəfiqləri və ən yaxın tərəfdaşları ilə birlikdə Ukrayna xalqının müqavimətini dəstəkləyəcəklərini və uzunmüddətli təhlükəsizliyə nail olmaqda ona kömək etməyi öhdəsinə götürüb. Fransa lideri ölkəsinin Ukraynaya yardım məsələsində “heç bir məhdudiyyət və qırmızı xətt olmadığını” aydın şəkildə bildirib.

“Ümumi marağımız Ukraynanın mümkün qədər tez öz hüquqlarını bərpa etməsi və uzunmüddətli sülhün qurulmasıdır. Fransa Ukraynaya silah tədarükünü davam etdirəcək. O, ukraynalıların müqavimətini dəstəkləyəcək və uzunmüddətli perspektivdə təhlükəsizliyin təmin edilməsinə kömək edəcək”, - Makronun Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasındakı çıxışı zamanı verdiyi bəyanatda deyilir.

Bir neçə gün əvvəl Makron sülh məsələlərinə dair beynəlxalq konfrans çərçivəsində çıxış edərək bildirmişdi ki, Avropa ölkələri müəyyən mərhələdə Rusiya Federasiyası ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi barədə düşünməli olacaqlar. Prezident əminliklə Avropa ölkələrini yeni dünya nizamının qurulmasına səylərini cəmləşdirməyə çağırıb. O, öz mövqeyini İkinci Dünya Müharibəsinin nəticələrinə görə hökm sürən indiki dünya nizamını ona "natamam və ədalətsiz" görünməsi ilə əsaslandırıb.

Yeri gəlmişkən, Fransa ölkələri Rusiyaya ikili təyinatlı məhsulların və onların hissələrinin ixracından imtina etməyə çağırış edib. Hesab edib ki, ən əsas da İran və Şimali Koreya buna əməl etməlidir.

Qərəz və ikili mövqe ondan ibarətdir ki, Makron Ermənistana bu çıxışda yer ayırmır. Halbuki İrəvan bununla bağlı əsas haba çevrilib. Bu da onu deməyə əsas verir ki, ikili standartlar və siyasi riyakarlıq Qərb dövlətlərinin, xüsusən də Fransanın əsas xüsusiyyətlərindən birinə çevrilir. Beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son illər özünü daha qabarıq göstərir. Fransa lideri bir tərəfdən Ukraynaya dəstək nümayiş etdirməyə, Rusiyaya silah-sursat satışını dayandırmağa çağırır. Lakin digər tərəfdən Ermənistanı BMT Nizamnaməsinin və digər beynəlxalq hüququn normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərini pozduğuna nəinki göz yumur, hətta dəstək verir.

Nəzarət etdiyi qurumlarla dövlətlərin daxili işlərinə qarışır, qarışıqlıq yaradır, sabitliyə qarşı çıxır, ölkələr arasında fərq qoyur, proseslərə ikili yanaşma sərgiləyir.

Fransa otuz ilə yaxın ATƏT-in Minsk qrupunun həmsədri kimi Azərbaycanla Ermənistan arasında münaqişənin nizamlananması ilə məşğul olsa da, əslində, erməni lobbisinin maraqlarından çıxış edib. Münaqişənin dondurulmasına çalışıb və proseslərin belə qalmasında maraqlı olduğunu ortaya qoyub. Bu proses Qarabağ işğaldan azad olduqdan sonra da davam edib. Ermənistanı silahlandırması da bu qəbildəndir.

Fransanın hədəfi Ermənistanı silahlandırmaqla onu Rusiyaya qarşı yönəltməkdir. Silahla təchizatın gücləndirilməsi Ermənistanda Ukrayna ssenarisinin həyata keçirilməsinə yönəlib. Bir sözlə, Ermənistan hərbi poliqona çevrilməkdədir.

Fransa ilə yanaşı, ABŞ-nin hərəkətləri də qərəzlidir. Ermənistanla sanki ərköyün uşaq kimi davranılır. Beynəlxalq müstəvidə proseslərə ikili yanaşma, ədalət prinsiplərindən uzaqlaşma son vaxtlar özünü daha qabarıq göstərir. ABŞ üzərinə götürdüyü öhdəliklərə nəinki əməl etmir, hətta BMT Nizamnaməsinin və digər beynəlxalq hüququn normalarının, eləcə də beynəlxalq təhlükəsizlik mexanizmlərinin gözdən salınması üçün əlindən gələni əsirgəmir.

Bir daha təsdiq olunur ki, Fransa və ABŞ regionda gərginliyin qalmasında maraqlıdır. Bu ölkələr Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına çalışmaqdansa, revanşizmə, qərəzə və riyakarlığa üstünlük verirlər. Məsələn, avqustun əvvəllərində ABŞ Hərbi Hava Qüvvələrinin iki təyyarəsinin İrəvanın “Zvartnots” hava limanına enişi heç bir halda Cənubi Qafqazla bağlı xoş niyyətdən xəbər vermir. Bu barədə ilk məlumatı yayan “Caliber.az” analitik-informasiya portalının yazdığına görə, təyyarələrdə Ermənistana hərbi yük və ABŞ ordusunun şəxsi heyəti göndərilib. Sosial şəbəkələrdə bunun görüntüləri də yayılıb.

Qeyd edək ki, hərbi yük əsasən snayper tüfəngləri, gecəgörmə cihazları, xüsusi rabitə vasitələri, xüsusi təyinatlılar üçün zirehli gödəkcələr, hücum mini-dronları, kiçikölçülü minalar və ABŞ ordusunda istifadə olunan digər döyüş sursatlarından ibarətdir. Ermənistana göndərilmiş şəxsi heyət isə əksəriyyəti ABŞ ordusunda xidmət edən erməniəsilli ABŞ vətəndaşıdır. Onlar Ermənistan ordusunun hərbi geyimi ilə təchiz olunub və Zəngəzurdakı hərbi bazada yerləşdiriliblər.

Beləliklə, Qərb, xüsusən də Fransa Ermənistanla bağlı qərəzini və təhlükəli planını reallaşdırmaqda israrlı görünür. Bu planın reallaşması isə erməni xalqının, dövlətçiliyinin sonunu daha da yaxınlaşdırmış olacaq.(Report)



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam