Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

PUTİNİN GÖZLƏDİYİ, AMMA GÖRMƏDİYİ “VƏTƏNPƏRVƏRLİK” –Rusiya cəmiyyətinin biganəliyi bir tərəfdən Kremlə sərf edir, digər yandan yox...

Ukrayna Prezidenti Volodimir Zelenski Hindistanın KİV nümayəndələrinə verdiyi müsahibəsində deyib ki, Kursk əməliyyatı böyük hərbi-diplomatik əməliyyatın bir hissəsidir. Buradan belə nəticə çıxarmaq olar ki, Ukrayna özü üçün normal sayılacaq şərtlər daxilində sülh əldə etmək istəyir və biz bundan sonra Kurskdakına oxşar digər hərbi əməliyyatların şahidi ola bilərik. Belə ki, Ukrayna ordusunun Rusiyanın Belqorod və Bryansk vilayətlərinin ərazisinə də daxil olacağı istisna deyil.

Yenixeber.org: Hazırda Ukrayna - Rusiya müharibəsində maraqlı vəziyyət yaranıb - hər iki tərəf həm hücum edir, həm də müdafiə olunur. Ukrayna ordusu Kursk vilayətində irəliləyir, Rusiya ordusu isə Pokrovsk şəhərinə yaxınlaşır. Ukraynalıların Kursk ərazisinə girməsi rusların Donbasdakı əsas hücum istiqamətinə təsir göstərməyib. Yəni, Rusiya komandanlığı Çasov Yar istiqamətində hücumu dayandırsa da, Pokrovsk şəhərini tutmaq naminə çoxsaylı itki verməkdən çəkinmir. Ruslar hərbi birləşmələrinin bir hissəsini Çasov Yar və Xarkovla sərhəd bölgələrdən çəkərək Kursk vilayətinə aparıb. Pokrovsk şəhəri operativ-taktiki üstünlük əldə etmək üçün mühüm mövqe sayıla bilər. Lakin onu işğal etmək üçün ruslar böyük itkilər verməli, özlərini əldən salmalı və həm də itkilərin yerini doldurmalıdırlar. Bundan başqa, Ukraynanın Kurskdakı yürüşünün qarşısını almaqdan ötrü ehtiyat qüvvəni oraya göndərməyə məcburdurlar. Ona görə də Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə girməsi böyük hərbi-strateji əhəmiyyət daşıyır. Amma Ukrayna qoşunları bu uğurlarını davam etdirməli və Rusiyanın dərinliklərinə doğru yavaş-yavaş irəliləməlidirlər.

Pokrovskun əldən verilməsi Ukrayna üçün ağır olacaq, çünki ruslar adətlərinə uyğun olaraq 60 minlik yaşayış məskənini dağıdaraq xarabalığa çevirəcəklər.

Ukrayna dron istehsalına investisiya yatırır Ukrayna rəhbərliyi anlayır ki, əgər müharibədəki vəziyyəti radikal şəkildə öz lehinə dəyişdirməsə, Rusiya heç bir itkidən çəkinməyərək döyüşləri illərlə sürdürəcək. Bu səbəbdən də Ukraynanın uzunmənzilli dron istehsalına investisiya yatırması özünü yüksək səviyyədə doğruldur. Ukrayna Rusiyaya qarşı həyata keçirdiyi dron hücmumlarını strateji üstünlüyə çevirə bilər, bunun üçün yaxşı imkanlar da var və son nailiyyət kimi ukraynalı mütəxəssislərin hazırladıqları turbo mühərrikli “Polyanitsa” dronunu nümunə göstərmək olar. Kiyevin bu müharibədə qalib gəlməsinin bəlkə də başqa yolu yoxdur, Qərbin hərbi yardımı artıracağına və verdiyi vədlərinə vaxtında əməl edəcəyinə ümid bəsləmək əbəsdir.

Dron hücumları nəticəsində Rusiya ərazisində mülki infrastruktur obeyktlərinin və hərbi bazaların məhv edilməsi döyüş meydanında öz təsirini mütləq göstərəcək. Rostov yaxınlığındakı böyük neft anbarının və Taman yarımadasındakı yanacaq daşıyan bərənin məhv edilməsi rusların dron zərbələri qarşısında çarəsizliyini göstərir. Rusiya hakimiyyəti təbliğat aparatının köməyi ilə öz əhalisindən zəifliyini və acizliyini gizlətməyə çalışır. Düzdür, Rusiyada cəmiyyət süst və apatikdir, lakin Kreml yenə də müharibənin acı və real tərəflərinin üzə çıxmamasına, hər şeyin nəzarət altında olmasına çalışır.

Rusiya çox böyük əraziyə malik olduğundan müharibənin “qamçısı” heç də bütün əhali tərəfindən hiss edilmir. Ukraynalıların internetə yüklədikləri videokadrlar əsasında Rusiya cəmiyyətində şok və ya təlatüm yaşandığını söyləmək yanlış olardı. Bəli, Kursk vilayətindəki vəziyyət, Rostovdakı yanacaq bazasının məhv eilməsi, “Qafqaz” limanına hücum kimi hadisələr sözsüz ki, lokal miqyasda ictimaiyyətə təsir göstərir, amma bir qədər sonra unudulur. Rusiyada xalq birliyi, həmrəyliyi yoxdur. Kursk qaçqınlarına ölkənin hər yerindən yardımlar göstərilməsi televiziya şousudur. Rusiyada hərə özü üçün yaşayır, Kursk vilayətində baş verənlər Moskva sakinlərini narahat etmir. Orada Vətən anlayışı erroziyaya uğrayıb, əks təqdirdə Putin çətinlik çəkmədən səfərbərliyə gedərdi və Kursk torpaqlarını azad etmək üçün ən azından bir milyon adam könüllü hərbi komissarlığa üz tutardı və muzdlulara ehtiyac qalmazdı.

Ancaq məsələ ondadır ki, Vladimir Putin 24 illik hakimiyyəti dövründə rus xalqını öz ətrafında birləşdirə bilmədi. Böyük pullar xərclənməsinə baxmayaraq, hər şey kimi təbliğat da bərbad platforma üzərində qurulub. Korrupsiyanın tüğyan etdiyi yerdə ülvi hisslərdən danışmaq absurddur.

                     Rusiya cəmiyyətinin paradoksları

Rusiyada təbliğat Ukraynaya qarşı nifrət hissi üzərində köklənib. Beyninə doldurulmuş yalanların təsirindən “bihuş olmuş” Rusiya cəmiyyəti müharibəni dəstəkləyib. Elə bilirdilər ki, həqiqətən də üç gün içərisində Kiyevi ələ keçirəcəklər və bununla da hər şey başa çatacaq. İndi rusların nə düşünməsi Kreml rəhbərliyini az narahat edir, çünki müharibənin aparılması üçün lazımı sistem qurulub, “çarx işləyir”, Ukrayna ərazisində muzdlular döyüşür və bunu davam etdirmək üçün resurs var. Problem yalnız Kursk vilayətindədir.

Putin bilir ki, onun planlarına Rusiya xalqının nə fikirləşməsi yox, hərbi gücün imkanları təsir göstərir. Rusiya əhalisində isə milli birlik yoxdur, bu, bir tərfədən Kremlə sərf edirsə, digər yandan xoşagəlməz vəziyyət yaradır. Rusiyada xalqın birliyinin və həmrəyliyinin olmaması Putinə hakimiyyəti istənilən formda idarə etməyə imkan verir. Məsələn, Xabarovsk vilayətinin sabiq qubernatoru, Kremlin həbs etdirdiyi, lakin əhalinin rəğbətlə qarşıladığı Sergey Furqalın kütləvi şəkildə dəstəklənməsi yalnız Xabarovskda baş verdi. Bu kütləvilik ölkənin digər regionlarına sıçramadı. Əgər hər yanda Xabarovskdakı kimi kütləvi etirazlar olsaydı, Putinin vəziyyəti ağırlaşacaqdı. İndi isə xalqın milli birliyinin olmaması Putin üçün ona görə xoşagəlməz vəziyyət yaradır ki, müharibədə iştiraka və vətənpərvərlik şousuna hamı qoşulmur. Saxta “ura-patriotizm” şüarları dəstəklənsə də, əhali müharibədən boyun qaçırır. Kremldəkilər bunu 2022-ci ilin sentyabrında həyata keçirilən qismən səfərbərlik zamanı gördülər. Hakimiyyət anladı ki, xalq bu müharibəni özününkü hesab etmir və ona görə də muzdlu ordu yaratmağa başladılar.

Vladimir Putin söz vermişdi ki, çağırışçılar müharibəyə cəlb olunmayacaq, amma əsgər çatışmazlığı onu vadar edir ki, çağırışçıları döyüşə atsın. İndi televiziya kanallarında “müharibə bütün xalqın işidir” tezisini ortalığa atıblar. Təbliğatçılar deyirlər ki, çağırışçılar da əsgərdir, onlar öz torpaqlarını işğalçılardan qorumalıdırlar. Hətta Rusiya Federal Məclisinin üzvü Frans Klinseviç deyib ki, Əfqanıstanda çağırışçılar “beynəlmiləl borclarını” şücəatlə yerinə yetirə bilirdilər, indi də Rusiyada döyüşməlidirlər.

Beləlklə, görürük ki, müharibə tədricən Rusiya cəmiyyətinin daha geniş kəsimini öz ağuşuna almağa başlayır. Rusiya hakimiyyəti isə öz nəzarətindən kənar belə bir şeyin baş verməsini qətiyyən istəmir. Rusiyada ən geniş yayılmış “Telegram” sosial şəbəkəsinin qurucusu Pavel Durovun Fransadakı həbsinə qarşı Kremlin isterik reaksiyası da əslində, müharibə ilə bağlıdır. Birincisi, ”Telegram” kanalı Rusiya ordu birləşmələri arasında rabitə vasitəsi kimi istfadə edilir, yəni, bu şəbəkə xəbərlərin ötürülməsi platforması rolunu oynayır. İkincisi isə bu, əhali içərisində populyar olan və az qala hamının həyatının bir parçasına çevrilmiş sosial şəbəkənin çökməsi ilə nəticələnə bilər. Analitiklərin fikrinə görə, Rusiya cəmiyyətinin bunu müharibənin təsiri kimi anlaması Kremlə qətiyyən sərf etmir. Kreml xalqa Rusiya dövlətini güclü və qüdrətli göstərmək istəyir. Həqəqtən də Rusiya cəmiyyəti paradoksal xarakterlidir...(Azpolitika)

Vaqif Nəsibov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam