Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

“Azərbaycan MTN-lə bağlı son hadisələrdən daha güclü çıxacaq”

“Peşəkarların MTN-ə qaytarılması ölkəmizin maraqlarının daha etibarlı müdafiəsinə şərait yaradacaq”
Xeberinfo.com:   "MTN işi" ilə bağlı baş verən proseslər və adıçəkilən qurum daxilində davam edən  təmizləmə əməliyyatları bu gün də ictimaiyyətin əsas diqqət mərkəzində olan məsələlərdən biridir. Bu gün ictimai gözləntidə yer tutan bir çox məsələ var ki, bunlardan biri  MTN-də baş verən olayların yalnız bu qurumla məhdudlaşmayacağı, bir çox nazirlik və komitələri “vuracağı”dır. Hansı ki, bunun bəzi əlamətləri artıq özünü büruzə verməkdə, qismən də olsa təsdiqləməkdədir.

İctimai rəydə ən çox müzakirə edilən digər bir məsəllə isə bu quruma peşəkarların qaytarılması, MTN-nin nüfuzunun bərpa edilməsi, onun həqiqətən də milli təhlükəsizliyimizin keşiyində ayıq-sayıq dayanmasının təmin edilməsinin zəruriliyidir.

Sabiq nazir Eldar Mahmudovun gedişindən sonra hələ də boş qalan nazir postuna kimin təyinat alacağı da ən çox müzakirə edilən məsələlərdən biridir. Xatırladaq ki, bu gün məlum posta mümkün namizədlər arasında Əli Nağıyev, Məhərrəm Əliyev, Eldar Həsənov, Vilayət Eyvazov və s. kimi bir çox şəxsin adı çəkilir ki, bu da ümumilikdə seçim şansının  geniş olduğundan xəbər verir. Baxmayaraq ki, bəzi ekspertlər hesab edir ki, MTN spesifik sahə olduğu üçün buraya polis, Müdafiə Nazirliyi, Penitensiar Xidmət və s. sahələrədn mütəxəssis cəlb etmək nəinki uğursuz, hətta təhlükəli ola bilər. Məhz bu baxımdan onların fikrincə, gələcək nazirin E.Mahmudov dönəmində işdən uzaqlaşdırılan “köhnə MTN-çilər” arasından seçilməsi daha məqsədəuyğun hesab edilir. 

Maraqlıdır, gələcək nazirin hansı kriteriyalar əsasında müəyyənləşdirilməsi daha zəruridir? MTN-nin nüfuzunu xilas etmək, onu işlək quruma çevirmək üçün bu sektora kimin rəhbərliyi daha məqsədəuyğundur?

Məsələ ilə bağlı və “Hürriyyət” qəzetinə açıqlama verən millət vəkili Zahid Oruc MTN rəhbərliyinə peşəkar kadrların təyinatının zəruri olduğunu vurğuladı:

“Digər strukturlardan fərqli olaraq MTN rəhbərliyinə kimin təyin edilməsinin daha məqsədəuyğun olması ilə bağlı parlament təmsilçisi olaraq fikir bildirmək çətindir. Bizim hər birimiz üçün önəmlidir ki, dövlət başçısı bu illər ərzində ölkənin daxili həyatını kifayət qədər gözəlləşdirib. Ölkə vətəndaşları bu illər ərzində həm beynəlxalq məkanda, həm regional miqyasda Azərbaycanın imkanlarının artmasından faydalana bilirlər.

Öz xarakterinə görə kəşfiyyat orqanları ən çox regional miqyasda, dövlətin hədəf seçdiyi çərçivədə gözəgörünməz cəbhədə daha fərqli işlərlə məşğuldurlar. Bu baxımdan MTN rəhbərliyində, o cümlədən onun digər strukturlarında peşəkarların təmsilçiliyi daha çox arzuediləndir. MKİ, Mİ-6, o cümlədən MİT, MOSSAD kimi təşkilatların əsas gücünün səbəbi odur ki, burada elə təfəkkürə malik insanlar çalışır ki, onlar hər zaman hadisələri bir addım öndə qabaqlamaq, terror hadisələrini, təhlükəsizliklə bağlı digər təhdidləri önləməklə öz xalqlarının mənafeyini ən yüksək səviyyədə qorumaq imkanına malik olurlar”.

Millət vəkili general Əli Nağıyev və digər şəxslərin təyinatı ilə bağlı mümkün proqnozlar haqqında da maraqlı fikirlər bildirdi:

“General Əli Nağıyevin və başqa peşəkarların MTN-ə qaytarılıb-qaytarılmaması müstəsna olaraq ölkə başçısının səlahiyyətində olan bir məsələdir. Lakin bu şəxslərin həqiqətən də peşəkarlığa malik olmaları, yüksək mənafelər uğrunda çalışdıqları, süni hakimiyyət spamları yaradıb orada özünü güclü göstərməyə, bununla etibar qazanmaq və daha sonra qazanılan bu etibardan öz maraqları naminə istifdə etməkdən uzaqda duran insanlar olmaları məlumdur.

Təbii ki, dövlətin rəhbəri hamını görür, hər kəs haqqında məlumatlıdır. O, bu posta kimi daha çox layiq bilirsə, onu da təyin edəcək”.

Millət vəkili MTN baş verən proseslərdən Azərbaycanın yara alaraq deyil, güc əldə edərək çıxacağına əmin olduğunu vurğuladı:

“Mən istəmirəm ki, baş verən olaylar bədbin fikirlərə yol çsın. İstəmirəm kimsə düşünsün ki, MTN-də konkret şəxlsər cəzalandırılırsa, bu bizim düşmən qarşısında əliyalın olmağımızı göstərir. Kimsə düşünməsin ki ,düşmənlərimiz nə istədi eləyə bilərlər. Kimsə düşünməsin ki, həyatımız hər cür risk və təhlükələrlə doludur. Kimsə düşünməsin ki, təhlükəsizliyimizə qarantiya yoxdur və s. Belə düşünmək, belə əhval-ruruyyə daxili və xarici düşmənlərin marağına uyğun olardı. Edilən bütün dəyişikliklər Azərbaycanın gücünü artırmaq, etibarını möhkəmləndirməyə xidmət edir. Bu, Azərbaycanın bütün diapazonlarda əməkdaşlıq imkanlarını da genişləndirəcək. Çünki Türkiyə, Rusiya və s. kimi ölkələrin təhlüəsizlik orqanları ilə dərindən əməkdaşlıq etmədən, beynəlxlq proseslərin fövqündə dayanmaq çox çətin olar. Eyni zamanda bilməliyik ki, bölgədə Azərbycan uğrunda müxtəlif dairələrin savaşı var. Müxtəlif planlar və layihələr mövcuddur. Ölkəmizi, onun resurslarını ələ keçirmək nyyətləri bundan öncə də olub. Hesab edirəm ki, peşəkarların MTN-ə qaytarılması ölkəmizin maraqlarının daha etibarlı müdafiəsinə, bu qurumun əvvəlki nüfuzunun bərpasına, vətəndaşlarımızın onunla yaxından əməkdaşlığına səbəb olacaq. Azərbayan son hadisələrdən daha da güclü çıxacaq. Baş verən olaylara dövlətçilik aspektindən qiymət veriləcək. Hər kəs məsələyə məhz bu aspektdən yanaşsa, bu, hər birimiz üçün xeyirli, faydalı nəticə verər”.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam