Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“ONLARIN HƏYATINI KABUSA ÇEVİRƏK!” - Medvedev yenə “qan-qan” deyir

Rusiyanın sabiq prezidenti və hazırkı Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev növbəti dəfə Rusiyanı idarə edən zehniyyətin nə dərəcədə deqradasiyaya uğradığını, hansı səviyyəyə endiyini və nə qədər başqa xalqlara, millətlərə qarşı kin və nifrətlə zəngin olduğunu göstərib.

Yenixeber.org: Qərbin yeni sanksiyaları və Ukraynaya silah yardımlarından hiddətlənən D.Medvedev növbəti paylaşımında rusiyalılara çağırış edərək, isterik formada onları “Rusiya ilə düşmənçilik edən ölkələr”də təxribatlar, hətta cinayətlər törətməyə çağırıb: “Budur, Amerikanın yeni sanksiyaları. Tezliklə yeni Avropa sanksiyaları da olacaq. Onlara cavab vermək lazımdırmı? Deyəsən yox, onların sayı artıq on minlərlə ölçülür. Biz onlarla yaşamağı və inkişaf etməyi öyrənmişik. Digər tərəfdən (cavab vermək), zəruridir. Təkcə hakimiyyətə, dövlətə deyil, ümumilikdə bütün xalqımıza... Necə reaksiya verməli? Bu barədə artıq bir dəfə danışmışam, amma təkrar etməyə dəyər.

Biz hər gün çalışmalıyıq ki, ölkəmizə və vətəndaşlarımıza bu məhdudiyyətləri qoyan ölkələrə maksimum zərər vuraq. Zərər verə biləcəyimiz hər şeylə! Onların iqtisadiyyatlarına, qurumlarına və rəhbərlərinə, eləcə də vətəndaşlarının rifahına, gələcəyə inamına zərər vuraq! Bunun üçün biz onların iqtisadiyyatlarının kritik zəifliklərini axtarmağa davam etməli və onları bütün sahələrdə vurmalıyıq. Hər yerdə ziyan vurmaq, şirkətlərinin və dövlət qurumlarının işini iflic etmək. Onların ən vacib texnologiyalarında problemləri tapın və onları amansızlıqla vurun.

Onların enerji, sənaye, nəqliyyat, bank və sosial xidmətləri sözün əsl mənasında məhv edilməlidir. Onlara bütün kritik infrastrukturun kollapsı qorxusu aşılanmalıdır.

Onlar bizim silahlarımızı Qərb dünyasının düşmənlərinə verməmizdən qorxurlar? Nüvə (hələlik) istisna olmaqla, bütün mümkün silah növlərini onlara verməliyik!

Böyük şəhərlərdə anarxiyadan və cinayət partlayışından qorxurlarmı? Deməli, biz onların bələdiyyə idarəçiliyini pozmağa kömək etməliyik!

Onlar kosmosda müharibədən qorxurlarmı? Bu, o deməkdir ki, onlar bunu(müharibəni) da alacaqlar. Qoy onlarda hər şey dayansın, hər şey korlansın, hər şey cəhənnəmə getsin!

Sosial partlayışlardan qorxurlarmı? Gəlin onları təşkil edək!... Qoy, rahat evlərində titrəsinlər, yorğan altında əssinlər. Saxta xəbərlərdən istifadə etdiyimizə görə qışqırırlar? Gəlin onların həyatını tam dəli kabusa çevirək ki, onlar vəhşi fantastikanı günün reallığından, cəhənnəm şərini həyatın rutinindən ayıra bilməsinlər... Hər kəs buna töhfə verə bilər!”(Azpolitika)

C.Məmmədov


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam