Redaktor seçimi
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə xatırlatma:
Siqaret və dərman oliqarxı: Cavanşir Feyziyev Londonda itirdiyini Gürcüstanda qazanır –
Gəncə Dövlət Universitetinin rektoru prezidentin əleyhinə gedir(?):
Ağalar Vəliyev üçün yolun sonu göründü: "Qobu Park" rəzilliyi onun deputat karyerasını bitirir -
RAMİN ABDULLAYEVİN “GÖYDƏLƏN” BİZNESİ -
Şahmar İbadovun dövlətə meydan oxuması -
"Yaponski" səfirin BDU-da dekan müavini olan bacısının "kitayski" əməlləri - Bir İsmayılzadə DOSYESİ.. köhnə MTN -nin iziylə... -
Niyazi Bayramov dövlətin milyonlarını belə xərcləyir -
Günün xəbəri

Zəhərlənmiş beyinlər, ziddiyyətli bəyanatlar və:“Kim deyir ki, erməni ilə dost olaq”

Sabiq dövlət müşaviri: “Nə onlar köçəsidirlər, nə də biz. Hər iki tərəfin hakimiyyətləri də, cəmiyyətləri də sülhə dəstək verməlidir”

Yenixeber.org: ““Tarixi Ermənistan” hazırkı Ermənistanın ərazi bütövlüyünü tanımır. “Tarixi Ermənistan” və hazırkı Ermənistan nəinki bir-birinə uyğun gəlir, həm də tez-tez bir-biri ilə ziddiyyət təşkil edir və hətta biri digəri üçün ciddi təhlükələr yaradır”. Bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Milli Assambleyada hökumətin 2023-cü il üçün planının yekunlarına dair hesabatın müzakirəsi zamanı deyib. Paşinyan sülhə eyham vuraraq bildirib: “Biz diqqətimizi hazırkı Ermənistanın maraqlarına xidmət etməyə yönəltməliyik, əks halda, xarici təhlükəsizlik çağırışlarını həll etmək şansımız olmayacaq. “Real Ermənistan” beynəlxalq miqyasda 29 min 743 kvadrat kilometr ərazisi ilə tanınan ölkədir”. Bununla Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etmiş oldu.

Erməni mediasının məlumatına görə, Paşinyan növbəti dəfə “sülh bəyanatı verməklə Ermənistanı təslimçiliyə hazırlayır”. Söhbət Qazağın hələ də işğalda olan kəndlərinin Azərbaycana təhvil verilməsindən gedir.

Digər yandan isə Ermənistan ordusu Azərbaycanla şərti sərhəddə təxribatlarını törətməkdə davam edir. Bir neçə gündür ki, Azərbaycan Ordusunun Naxçıvan, Tovuz, Kəlbəcər, Laçın, Qubadlı istiqamətindəki mövqeləri atəşə tutulur. Sonuncu dəfə erməni təxribatı nəticəsində Azərbaycan Sərhəd Qoşunlarının hərbçisi yaralanıb. Sual isə budur: İrəvandan verilən sülh bəyanatları nədir, təxribatlar nədir?

Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bizimlə müsahibəsində deyib ki, Paşinyan Ermənistan ordusu üzərində tam nəzarətə malik deyil:

- Ermənistan ordusu “Qarabağ klanı” deyilən ünsürlərlə o qədər doludur ki, Paşinyan onları təmizləyə bilməyib. Düzdür, müdafiə naziri Paşinyanın kadrıdır, amma ordudakı zabit heyəti Paşinyana bağlı deyil. Təxribatı törədənlər də onlardır. Buna başqa ad vermək olmaz. Çünki necə ola bilər ki, rəsmi İrəvan sülh bəyanatı verir, Qazağın kəndlərini qaytarmağa razı olduğunu açıqlayır, amma şərti sərhəddə Ermənistan ordusu təxribata əl atır. Onda belə çıxır ki, ya hakimiyyət orduya nəzarət edə bilmir, ordu Paşinyanın tabeçiliyində deyil, ya da Paşinyan burdan sülh bəyanatı verir, oradan da orduya təxribat əmri edir. Bunu rəsmi İrəvan açıq şəkildə bəyan etməlidir ki, niyyət, məqsəd nədir.

Ümumiyyətlə, Ermənistanın 44 günlük müharibədən sonrakı siyasəti çox ziddiyyətlidir. Gah belə bəyanat verirlər, gah elə bəyanat verirlər. Sülh istəyirlərsə, buna uyğun davranmalıdırlar. Paşinyan  bu yandan sülhə hazır olduğunu deyir, Ermənistan Parlamentinin sədri deyir ki, bəlkə də İrəvana sülh sazişi lazım deyil. Yaxud da, sülhə hazır olduqlarını bildirirlər, digər yandan ordularını silahlandırırlar.

- Bu qədər ziddiyyətlər nədən qaynaqlanır?

- Bunun birinci səbəbi erməni xislətidir. Hesab edirəm ki, Paşinyan həm sülhdə maraqlıdır, həm də qorxur. Hakimiyyəti itirmək qorxusu ilə üz-üzə qalanda başlayır bu gün verdiyi bəyanatın əksinə bəyanat verir. Ermənistan siyasətində xaotik vəziyyət hökm sürür. Paşinyan xalqa demək istəyir ki, ölkələrinin xilası Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmaqdan keçir. Son bəyanatlarında da dediyi bu idi ki, xəyal olan Ermənistanla yaşamaq yox, real Ermənistanda yaşamaq lazımdır. Amma ermənilər elə bir xislətə malikdirlər ki, başları əzilməsə, anlamırlar. Hətta başları əzilsə də, yenə gönü qalın olanlar dediyini deyir. Bu da ümumi ermənilərin psixoloji problemidir. Gerçəkliyə baxa bilməyən ermənilər hansısa xəyallar arxasınca qaçırlar.

- Paşinyan zəhərlənmiş beyinləri dəyişə biləcəkmi?

- Bu, çox çətindir. Hər halda Paşinyan buna çalışır. Sonuncu dediklərində səmimi görünürdü. Paşinyan onu da bildirdi ki, erməni cəmiyyətinin bir hissəsini reallıqları görməyə, dərk etməyə öyrəşdiriblər. Sadəcə dediyim kimi, gönü qalın ermənilərin bunu dərk etməsi zaman alacaq.

Baxın, mən hələ “qədim Ermənistan”, “Böyük Ermənistan” nağıllarına uyanları demirəm, 30-35 il bundan əvvəlki dövrdə yaşayanlar belə dərk etmirlər. Məsələn, Qazağın 7 kəndi 35 il əvvəl Azərbaycanda idi, bunu 40 yaşdan yuxarılar bilirlər. Yəni ki, bunu inkar etmək qeyri-mümkündür. Amma deyirlər ki, yox, Azərbaycanın deyil. Yəni bu qədər inkarçı, mənfur, axmaq bir tayfa ilə üz-üzəyik. Belə məxluqların zəhərlənmiş beyinlərini təmizləmək bəlkə də mümkün olmadı.  

- İlkin mərhələdə Qazağın 4 kəndinin Azərbaycana təhvil veriləcəyinin anonsunu Paşinyan təxminən bir ay əvvəl də vermişdi. Amma bu müddətdə biz kəndlərin qaytarılmasının şahidi olmadıq. Bu dəfə də kəndlərin qaytarılmalı olduğunu deyir. Baş nazirin bu sözlərinə nə qədər etibar edə bilərik?

- Ermənilərin verdiyi sözə, vədə inanmaq, etibar etmək olmaz. Amma rəsmi İrəvan anlayır ki, Bakının şərtlərini gec-tez qəbul etməlidirlər. Aprelin 5-də Brüsseldə keçirilən ABŞ-Avropa İttifaqı-Ermənistan sammitindən İrəvanın gözləntiləri çox idi. Amma bu gözləntilər alınmadı. Paşinyan da başa düşür ki, kimsə Azərbaycanın haqlı tələbinin qarşısını ala bilməz. Ona görə də indi sülh bəyanatı verməkdədir. Başqa yolun olmadığını anlayırlar. Hesab edirəm ki, Ermənistan dörd ildir ki, zamanı uzatmaqla nəyəsə nail olmaq istədi, amma istəkləri baş tutmadı. Bundan sonra sülh sazişinin imzalanması istiqamətində addım atmalıdırlar. Həm də real addım atılmalıdır. Ermənistan rəhbərliyi də, cəmiyyət də başa düşməlidir ki, Azərbaycanın səbiri sonsuz deyil. Biz bir 30 il də 8 kəndin qaytarılmasını gözləyəsi deyilik. Sərhədlərin delimitasiyası həyata keçirilməlidir, sülh sazişi imzalanmalıdır. Normal qonşuluq münasibətləri qurulmalı və bölgədə dayanıqlı sülh təmin olunmalıdır.

İndi bizdə də bəzi adamlar deyirlər ki, erməni ilə biz yanaşı yaşaya bilmərik, dost ola bilmərik. Kim deyir ki, dost olaq? Amma normal qonşuluq münasibətləri qurulmalıdır axı. Qonşu olmaq bizim taleyimizə yazılıb. Nə edək ki, nə onlar köçəsidirlər, nə də biz. Düşünürəm ki, hər iki tərəfin hakimiyyətləri də, cəmiyyətləri də sülhə dəstək verməlidir. Sülhün alternativi müharibədir. Azərbaycan sülh istəyir, sülhdən tərəf olduğunu açıq şəkildə bildirib. Müharibədən sonra da sülhün ilk təşəbbüskarı rəsmi Bakı olub, Ermənistan tərəfinə sənəd təqdim edib. İndi Ermənistan tərəfi zəhmət çəksin, qalib tərəfin – Azərbaycanın şərtlərini qəbul etsin, sazişi imzalasın. Ermənistan hakimiyyəti də, cəmiyyəti də anlamalıdır ki, nə Fransası, nə Amerikası, nə də digəri onlara kömək edəcək. İrəvan qlobal güclərin maşası rolundan xilas olmalıdır.

- Məlumdur ki, əsas hissəsi “Qarabağ klanı”ndan ibarət olan erməni müxalifəti sülhə qarşıdırlar. Bu vəsilə ilə Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilərlərmi?

- Bu, mümkün görünmür. Birincisi, erməni müxalifəti Rusiyaya bağlı qüvvələrdən ibarətdir ki, ümumi erməni cəmiyyətinin Rusiyaya nifrəti var. Nifrət açıq-aşkar özünü göstərir. Eyni zamanda, erməni cəmiyyəti bu vaxtadək səfalət içərisində yaşamaqlarının, başlarına gələn bəlaların səbəbkarlarının indiki müxalifət, keçmiş hakimiyyət nümayəndələri olduğunu başa düşməkdədirlər. Müharibədə rüsvayçı şəkildə məğlub olan Paşinyan hökumətinə savaşdan sonrakı səsvermədə əhalinin 70 faizindən çoxu səs verdi. Müharibədən az sonra müxaliflər Paşinyana qarşı silsilə mitinqlər təşkil etdilər, amma 2-3 min adamdan artıq meydana adam toplanmadı. Bu o deməkdir ki, indiki müxalifət Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilməz. Amma Ermənistan ordusu daxilində Rusiyaya bağlı qüvvələr var ki, bu, sirr deyil. Paşinyanın özü də bu vəziyyətə dəfələrlə eyham vurub. İstisna etmirəm ki, Rusiyanın göstərişi ilə ordu çevriliş edə bilsin. Lakin onu da unutmayaq ki, Paşinyanı dəstəkləyən Qərb dairələri və onların kəşfiyyat orqanları bu çevrilişin qarşısını almaq üçün əllərindən gələni edəcəklər.(AYNA)

Anar Bayramoğlu

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam