Redaktor seçimi
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Gəncə Dövlət Universiteti “üfunət qoxuyur”(?)! -
QHT-lərə Dövlət Dəstəyi adı ilə büdcə talançılığı: Korrupsiyanın anatomoyası –
Əli Həsənovun kürəkəninin Avropada biznes şəbəkəsi aşkarlandı -
Biləsuvarda dövlətin pulu könül istəyi ilə xərclənir(?) -
Gəncə Dövlət Universitetində bitməyən "ŞƏNLİK" -
Günün xəbəri

Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi

 

İsveçrənin Cenevrə şəhərində Qoşulmama Hərəkatı (QH) Parlament Şəbəkəsinin 3-cü konfransı keçirilib.

Yenixeber.org xəbər verir ki, Milli Məclisin və Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın sədrliyi ilə keçirilən tədbirdə üzv ölkələrin parlamentləri, beynəlxalq təşkilatları və qeyri-hökumət təşkilatları təmsil edən 53 nümayəndə heyəti iştirak edib.

Konfransda Bakı Təşəbbüs Qrupunun (BTQ) direktoru Abbas Abbasov və BTQ-nin İdarə Heyətinin üzvü, Avropa Parlamentinin sabiq deputatı, Qvadelupanın Azadlığı naminə Xalq Birliyinin Baş katibi Jean-Jacob Bicep də iştirak edib.

J-J.Bicep tədbirdə səsləndirdiyi bəyanatda təmsil etdiyi Bakı Təşəbbüs Qrupunun fəaliyyətindən söhbət açaraq, onun kolonializm altında yaşayan xalqlara dekolonizasiya prosesinə dəstək göstərdiyini vurğulayıb və xüsusda Azərbaycan tərəfinə minnətdarlığını ifadə edib.

J-J.Bicep xüsusilə Fransanın bu gün yürütdüyü kolonializm siyasətini qabardaraq, Fransa hökumətinin bu siyasəti nəticəsində müstəmləkə altında yaşayan xalqların ciddi iqlim problemləri ilə üzləşdiyini bildirib. O, Fransanı müstəmləkəçi ölkə kimi öz məsuliyyətini daşımağa, qanunsuzluqlara son qoyulmasını tələb edib.

Xatırladaq ki, BTQ Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ-nin fəaliyyəti XXI əsrdə dünyada hələ də davam edən kolonializm və neokolonializmdən əziyyət çəkən xalqlara ədalətli mübarizələrində davamlı dəstək göstərməkdir.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam